Icma.az
close
up
RU
Vernidub: “Futbolçularda fiziki güc yetərli deyil”

Vernidub: “Futbolçularda fiziki güc yetərli deyil”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının XV turunun "Neftçi" - "Sumqayıt" matçından (2:2) sonra ev sahiblərinin yeni təyin olunan baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Üstünlüyü nə üçün qoruya bilmədiniz?
– 65-70 dəqiqə meydanda əsil futbol var idi. Həmin ana qədər rəqib hansısa təhlükə yarada bilmədi. İki qol vurduq, əlavə üçünü də vura bilərdik. Bu məqam qələbə qazana bilməməyimizin səbəbi idi. Şanslardan yararlana bilmədik. Son 20 dəqiqəni çətin keçirdik. Futbolçular yorulmuşdu. Səmimi deyim, fiziki güc yetərli deyildi. Bunların hamısını yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də “Karvan-Yevlax”la oyundan sonra toplanışa başlayacağıq və komandanı daha yaxşı hazır edəcəyik. Yaxşı komandamız var. Sadəcə bir-iki şeylər düzəlməlidir – intizam və fiziki durum. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik ki, “Neftçi” yüksək səviyyəyə qalxsın. “Neftçi”ni “Dinamo”, “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” Azərbaycan futbolunun brendidir.

– Qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?
– Böyük hədəflər var. Düzdür, çətindir. Rəhbərliyin tələblərini bilirəm. Həyat göstərəcək necə olacaq. Bugünkü matçın 60-65 dəqiqəsi kimi oynasaq, yaxşı nəticələr gələcək. Əlimdən gələn hər şeyi edəcəyəm. Aradakı xal fərqini bilirəm. Amma futbolda hər şey mümkündür. Buna inanıram, inanmasam, gəlməzdim.

– Bu heyət minimal hədəf üçün yetərlidir?
– Komandaya gələndən sonra hər şeyi dəyişməyin tərəfdarı deyiləm. Heyətdə yaxşı oyunçularımız var. Düzdür, yaxşı nəticələr üçün mövqeləri gücləndirmək lazımdır. Bir müddət sonra rəhbərliklə danışacağıq, axtarışlar edəcəyik. Hər mövqedə iki bərabər oyunçunun olmasını istəyirəm. Fasiləyə qədər bir oyunumuz var. Daha sonra bir aylıq fasilə olacaq. Futbolçuları müəyyən qədər tanıyıram. Onlar üzərində çalışmaq lazımdır. Heyəti dəyişməklə nəsə əldə etmək çətindir.

– “Neftçi” bu gün çoxlu qol epizodları yaratdı. Maraqlıdır, qısa müddətdə komandada nəyi dəyişdiniz?
– İlk növbədə hər futbolçu ilə danışmaq, söhbət etmək lazımdır. Dominant futbola üstünlük verməliyik. Oyunun startından pressinq etmək önəmlidir. Eyni zamanda qaçış məsafəsini azaltmaq lazımdır.

– Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?
– Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onun şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.

Jorj Kaşkilya: "Nəticə istədiyimiz kimi olmadı" Füzuli Məmmədov: "Matçın ədalətli nəticəsi bərabərlik idi" "Aran derbisi"ndə qalib müəyyənləşmədi - YENİLƏNİB Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb "Şəmkir"in futbolçusu mükafatlandırılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Dekabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri