Icma.az
close
up
RU
Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra meydan sahibi komandanın məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Asan məsələ deyil, amma çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olsa, o gücə çata bilmərik. Futbolçular bunu nə qədər tez başa düşsə, nəticə də əlçatan olacaq. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət önəmli deyil. Matçda maksimum güc qoymaq lazımdır.

– “Qarabağ”ın yarımmüdafiə xəttinə qarşı hansısa planınız var idi?
– Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmədiyimizi düşünürsünüz? Kadi Borges, Yankoviç kimi futbolçular Çempionlar Liqasında böyük komandalara qarşı səviyyəsini göstərib. Bizim oyunçular da bu sualı özlərinə verməlidir. Onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər olaraq, bu sualı özümüzə verəcəyik. Həqiqətən, bu kimi oyunlarda taktiki aspektləri yaxşılaşdıra bilərik? Hər kəs bunu qəbul etməli, başa düşməlidir. Hər futbolçu öz ambisiyasını “Neftçi”dən öncə saxlamalıdır. Klub oyunçulardan böyükdür.

– “Qarabağ”ın start heyətində Musa Qurbanlı var idi. Bu gün onun qarşısını ala bilməməyiniz nə ilə bağlıdır?
– Suala necə cavab verəcəyimi bilmirəm. Rəqibi təhlil etmişdik. Sadəcə Musa həmin epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz mövqeyimizi bilməliyik, oyunu təhlil etməli və nəticə çıxarmalıyıq. Hesaba görə azarkeşlərdən üzr istəyirəm.

– Bu hesabın dörd gündən sonra təkrarlanmaması üçün nə etmək lazımdır?
– Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəyə nail olarıq.

– Məğlubiyyət sona dörd tur qalmış komandaya inamsızlıq gətirə bilər?
– Psixoloji təsirlər olacaq, lakin peşəkar futbolçu belə məğlubiyyətlərdən qalxmağı bacarmalıdır.

– Danışığınızdan elə hiss olunur ki, futbolçularda intizamsızlıq var…
– Belə bir şey yoxdur. “Neftçi” böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəflərinə çatması üçün çalışmalıdır. Hamı başa düşməlidir ki, “Neftçi”də oynamaq üstünlükdür.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Aprel 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri