Icma.az
close
up
RU
Vernidub: “Mərhələni keçə bilərik”

Vernidub: “Mərhələni keçə bilərik”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasında “Dinamo”ya (Minsk) uduzduqları oyundan (2:4) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:

– Komanda nə üçün belə tez yoruldu?
– Cavab vermək çətindir. Hansısa komanda ilk 15-20 dəqiqə tam üstünlüyü əldə edir, iki qol vurur və yekunda məğlub olursa, bunu futbol adlandıra bilmərəm. Çoxlu fərdi səhvlər etdik və rəqib bunların sayəsində qollar vurdu.  Oyunun 20-ci dəqiqəsindən sonra vəziyyət dəyişdi. Emil Balayev zədəli oynadı və böyük ehtimal, qolu da bu səbəbdən buraxdı. İkinci hissəyə də rəqibin qolu ilə başladıq. Çoxlu səhvlər etdik, rəqibə imkan yaratdıq. Rəqib bir uzun ötürmə edir və gəlir fərqlənir. Bu necə olursa… Qol buraxandan sonra da epizodlar yarada bildik, ancaq sən vura bilmirsənsə, rəqib fərqlənir. Yekunda da penalti qolu və 2:4. Matçı təhlil etmək, nəticə çıxarmaq lazımdır. Bir daha belə səhvləri təkrarlamamalıyıq. Futbolçular haqqında danışmaq düzgün olmaz. Məğlubiyyətin ilk günahkarı mənəm.

– Mərhələni keçə bilməmək məşqçi kimi işinizə necə təsir edəcək? Yəni, avrokuboklara erkən vida istefanıza səbəb ola bilər?
– Düşünürsünüz ki, iki oyun məğlub olanda getməliyəm? Fərqli fikirləşirəm. Bu, futboldur. Birinci məğlubiyyətdən sonra kiməsə “istefa verməlisən” demirlər. Cavab oyununa ciddi hazırlaşacağıq. Sizə gülməli gələ bilər, mərhələni keçə bilərik. “Dinamo” özü I təsnifatda ilk oyunda uduzdu, cavab matçında penaltilərdə rəqibini mübarizədən kənarlaşdırdı. Bu cür sualların verilməsi doğru deyil. Dünən də qeyd etdim, sevgidən nifrətə bir yol var. Əlavə olaraq, tez-tez məşqçi dəyişikliyi klublar üçün uğurlu addım deyil.

– Hazırda burda media nümayəndələri yox, azarkeşlər olsaydı, onlara nə demək istərdiniz?
– Futboldur və belə şeylər olur. Bir komanda deyin ki, həmişə qələbə qazansın… Hamımız insanıq. Siz də işlərinizdə xətalar edirsiniz. Onda sizi də dərhal işdən çıxarmalıdırlar?

– Təzyiqlər bu oyundan sonra daha artacaq. Buna hazırsınız?
– Təzyiqə hər zaman hazıram. Güclü insanam, qorxacaq nəyimsə yoxdur, sadəcə işləmək lazımdır. Pis günləri unudub, irəli baxmaq lazımdır.

– Ardıcıl qollardan sonra yarımmüdafiədə çoxlu boşluqlar verdiniz. “8 nömrə” transferini də məhz bunun üçün istəyirsiniz?
– Bu barədə çox danışmaq olar. Əvvəlcə oyunu təhlil etməli və baxmalıyıq ki, nələr alınmadı. 20-ci dəqiqədən sonra istədiyimiz təzyiqi göstərə bilmədik. Buna görə də belə vəziyyət yarandı. Oyundan nəticə çıxartmalıyıq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 İyul 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri