Icma.az
close
up
RU
Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

Icma.az bildirir, Apasport portalına istinadən.

"Neftçi" Misli Premyer Liqasının XXXIII turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdə dəyişikliklər çox olacaq? 
- Nə istəyirdiksə, ona nail olduq. Mövsümü başa vurduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir. Bir çox oyunçunun klubla müqaviləsi başa çatır. Daha əvvəl də demişdim ki, futbolçularla bu barədə söhbərlər mövsüm bitdikdən sonra olacaq. Yüz faiz onu deyə bilərəm ki, heyətin güclənməsinə ehtiyac var. Bu işlə məşğul olacağıq. Klubun sahibləri var. Onlar mənə suallar verəcəklər, mən də onların suallarına cavab verəcəyəm. Həm Konfrans Liqasında, həm Premyer Liqada yaxşı nəticələr əldə etmək üçün mütləq komandanı gücləndirməliyik. Sabahdan etibarən kimlərin qalacağına, kimlərin gedəcəyinə qərar verəcəyik.

- Emil Balayev uzun müddətdən sonra milliyə dəvət aldı. Son dövrlərdə göstərdiyi peformansa görə Emili növbəti mövsümdən etibarən əsas qapıçı kimi görə bilərik? 
- Öncə Emili təbrik edirəm. Son beş matçda yaxşı performans göstərib. Bunun sayəsində milliyə də dəvət aldı. İşləməyə davam edirik. O, liderdir. Hazırda kimin "bir nömrə" olacağını deyə bilmərəm. Təlim-məşq toplanışından sonra buna qərar verəcəyik. Məni sevindirəm odur ki, böyük oyunlara çıxmaq üçün üç yaxşı qapıçım var. Bunlar Emil Balayev, Kenan Piriç və Rza Cəfərovdur.

- Yerli bazardan diqqətinizdə olan futbolçular var? 
- Premyer Liqa klublarında həm yaxşı azərbaycanlı, həm də legioner futbolçular var. Seçim etsəm, bəlkə də azərbaycanlı oyunçuları seçərdim. Eyni zamanda milli komandaya da dəstək olmaq istəyirəm. Nə qədər yaaxşı yerli futbolçu olsa, milli üçün faydalıdır. Azərbaycanda çıxış edən diqqət çəkən əcnəbi futbolçular da var. Əgər eyni mövqe üçün həm yerli, həm əcnəbi namizəd varsa, gərək əcnəbinin səviyyəsi daha yuxarı olsun ki, onu götürək. Səviyyələri bərabərdirsə, yerlini seçərəm.

- Avrokuboklara yaxşı hazırlaşmaq üçün vaxt azdır. vaxtın azlığı sizin üçün problem yarada bilər? 
- Bu, təkcə bizim üçün problem deyil. Problem olmaması üçün əlimizdən gələni edəcəyik. Hər bir vəziyyətə hazıram.

- Burada işlədiyiniz müddətdə kifayət qədər rəğbət qazanmısız. Azarkeşlər istəyir ki, sizinlə uzunmüddətli əməkdaşlıq edilsin. Belə bir layihəyə özünüzü hazır hesab edirsiz? 
- Ən azı 1 ilim var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm. Məşqçi işi çətindir. Bu gün atın üstündəsən, sabah atdan düşə bilərsən. Əgər elə bir təklif olarsa, əlbəttəki, düşünərəm. Həm Azərbaycanı, həm buradakı insanları çox sevirəm. Burada olmaqdan məmnunam.

- Ukraynadan kənarda heç bir klubda uzun müddət işləməmisiz. Bunun səbəbi nədir? 
- Ukraynada uzun müddət çalışmışam. Bütün mərhələləri keçmişəm. Həm akademiya, həm ikinci komanda, həm də əsas komandada çalışmışam. Belarusda fəaliyyət göstərdikdən sonra Ukraynaya qayıtdım və "Krivbas"la bürünc medal qazandım. Təkliflər olarsa, baxmaq olar. Onu da deyim ki, "Neftçi" kimi böyük kluba gəlmişəm. Burada şərtlər əladır. Bircə qalır işləmək.

Saşa İliç: “Komandanın potensialı var” Qurban Qurbanov: “Elvin Cəfərquliyevə icazə vermişik ki…” Valdas Dambrauskas: “Bir oyunçudan ibarət deyilik” “Qarabağ”dan çətin qələbə - YENİLƏNİB Kurban Berdıyev: “Bu, məsuliyyəti də artırır”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 May 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri