Icma.az
close
up
RU
Vətən müharibəsi bizim şanlı tariximizdir

Vətən müharibəsi bizim şanlı tariximizdir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

20 oktyabrın 2020-ci ildə bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunmasını sevinclə bildirdi. 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılıların sevincini heç bir sözlə ifadə etmək olmurdu. Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır.

Zəngilan Azərbaycanın ən qədim guşələrindən biridir. Zəngilan rayonu Azərbaycan Respublikasının dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Münaqişədən əvvəl orada 35 min adam yaşayırdı. Ümumi ərazisi 730 kv.km olan rayonun mərkəzinin və 83 kəndinin işğalı nəticəsində yüzlərlə adam həlak olmuşdur. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Bütün işğaldan azad olunmuş bölgələr kimi Zəngilanda da işğalın, düşmənin barbarlığının izləri hər addımda görünürdü. Burada daş-daş üstdə qalmamışdı, bütün evlər dağılıb, damı, pəncərələri sökülüb, aparılıb, ağacları kəsilib, qəbiristanlıqlar, tarixi abidələr yerlə yeksan edilib, hər yer xarabaya çevrilmişdir.
Zəngilanlılar işğal müddətində heç vaxt ümidlərini itirmədilər. Zəngilan həsrəti ilə yaşayan bu insanlar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının işğaldan azad olunacağı günü düz 27 il gözlədilər. Əmin idilər ki, Zəngilana qayıdacaqlar və o gün gəldi. Çünki Ulu Öndər Heydər Əliyev və onun siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyev zəngilanlılara Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı sözünü vermişdi. Təxminən 30 il sonra o gün gəlib çıxdı, onlar öz torpaqlarına, yenidən şirin həyatlarına qayıtdılar.
44 günlük Vətən müharibəsinin ən yadda qalan günlərindən biri də oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunması oldu. Həmin gün Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə etdilər. Xalqımız, eləcə də zəngilanlılar bu tarixi Zəfəri 27 il idi ki, çox böyük səbirsizliklə gözləyirdi. Artıq 20 oktyabr Zəngilan şəhər günü elə Zəngilanda da qeyd olunur.
Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən tarixi torpaqlarımızda irimiqyaslı işlər həyata keçirilir. Hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”, - söyləyən dövlətimizin başçısı bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 ilə yaxın müddət ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. 2022-ci ilin 20 oktyabrında işğaldan azad olunmuş torpaqlarımızda ikinci Beynəlxalq Hava Limanı olan Zəngilan Beynəlxalq Hava Limanının Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə açılışı oldu. Şübhəsiz ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün xüsusi imkanlar yaradacaqdır.
Zəngilanın işğaldan azad olunması ilə işğal altında qalmış Azərbaycan-İran sərhədi də 132 kilometr məsafədə bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri, parallel olaraq bərpa-quruculuq işləri görülməyə başladı. “Ağıllı kənd” layihəsi məhz Zəngilanda həyata keçirildi. Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Əminliklə deyə bilərik ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurları artmaqda davam edəcək.Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki, Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri