Icma.az
close
up
RU
Vətən Müharibəsi qazisi kitabda öz döyüşünü oxudu (FOTO)

Vətən Müharibəsi qazisi kitabda öz döyüşünü oxudu (FOTO)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1–7 oktyabr tarixlərində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bitən günün axşamı sosial şəbəkələrdə diqqət çəkən bir video yayılıb. 44 günlük Vətən Müharibəsi qazisi sərgidə aldığı "Canavar qulağı” adlı kitabdan danışır.

O, əvvəlcə bu adın təsadüfən seçildiyini düşünür. Lakin içindən gələn maraq – "Görəsən, bu Canavar qulağı mənim ağlıma gələnlə eynidirmi?” – sualı onu kitabı əlinə almağa vadar edir. Kitabın mündəricatından "Canavar qulağı” hekayəsini tapıb oxumağa başlayan qazi bir anda heyrətə gəlir: hekayə Vətən Müharibəsində onun da iştirak etdiyi döyüş əməliyyatından bəhs edir.

Səhifələri həyəcanla vərəqlədikcə, o, hadisələrin dəqiqliyinə valeh olur. "Bu qədər incə detallar yalnız o döyüşdə iştirak edən birinin qələmindən çıxa bilər", deyə düşünür. Hekayədə təsvir olunan təxliyə gözləyən qrupun ilk yaralısı məhz o – qazi Sərxan Abbasəliyev imiş.

Ən maraqlısı isə odur ki, nə hekayənin müəllifi Vasif Qurbanzadə Sərxanı tanıyırdı, nə də Sərxan müəllifi. "İpəkyolu” nəşriyyatı da Sərxanın sərgidə kitabı görəcəyindən xəbərsiz idi. Eləcə də Sərxanın "Canavar qulağı” postunun adını daşıyan bu hekayədən xəbəri yox imiş.

Bütün bu təsadüflərin üst-üstə düşməsi, sanki, ilahi bir qədərin cilvəsidir.

"Canavar qulağı” hekayəsi, əslində, kitabda yer alan və 44 günlük Vətən Müharibəsinin ağrı-acısını, sevinc və kədərini dərin hisslərlə anladan on dörd hekayədən sadəcə biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri