Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri, şəhidin ailə üzvləri və xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları iştirak ediblər.
Mərasimdə bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa, igidlik və mərdliyə görə Ramiz Qasımova Prezidentin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib.
Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan rayonunda anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzində və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbində təhsil alıb. Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edərək Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini vəzifəsinə qədər yüksəlib.
2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşlərində iştirak edən Ramiz Qasımov, HHQ-nin döyüş salnaməsinə parlaq səhifələr yazıb. "Snayper" dərəcəsinə yüksəlmiş təlimatçı və sınaqçı pilot kimi, sağlığında 7 döyüş medalı ilə təltif olunub. Azərbaycan Silahlı Qüvvələrinin veteranı kimi milli təyyarəçi kadrların yetişməsində mühüm xidmətlər göstərib.
Vətən Müharibəsinin ilk günündə polkovnik-leytenant Ramiz Qasımov ekipajı ilə birlikdə Ağdərə-Tərtər istiqamətində döyüş əməliyyatları zamanı düşmənin radio-elektron mübarizə vasitələrini və zenit-raket komplekslərini məhv edib. Lakin döyüş zamanı onun idarə etdiyi vertolyot düşmən tərəfindən vurulub. Yaralanmasına baxmayaraq, mülki əhalinin zərər görməməsi üçün vertolyotu təhlükəsiz istiqamətə yönləndirib və ekipaj üzvlərindən sonra kabinəni tərk edib.
Ağır yaralanan qəhrəman pilot 25 gün komada qaldıqdan sonra, 2020-ci il oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb.
Fəxri Xiyabandakı anım mərasimindən sonra, Bakı şəhərində Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə "Səmadakı Qəhrəman" adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin şagirdləri şəhidə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda çıxışlar ediblər.
Ramiz Qasımovun qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri