Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib.
KONKRET.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.
O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.
O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bu, Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.
Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.
2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.
İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bundan əvvəl isə “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















