Vətən müharibəsi şəhidinin qızı Tibb Universitetinə qəbul oldu
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva Azərbaycan Tibb Universitetinə qəbul olub.
Modern.az xəbər verir ki, bu barədə Zəfər şəhid ailələrinə dəstək ictimai birliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Belə ki, Göygöl Rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyinin məzunu olan Ayan Niftəliyeva IV ixtisas qrupu üzrə qəbul imtahanında 676 bal toplayıb.
O, yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmaq hüququ qazanıb.
Qeyd edək ki, şəhid Ceyhun Niftəliyevin digər övladı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına qəbul olub.
Nihad Niftəliyev eyni zamanda, “Əmanətə sədaqət” adlı təqaüd proqramının iştirakçılarındandır.
Baxış sayı:206
Bu xəbər 24 Avqust 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















