Icma.az
close
up
RU
Vətən müharibəsi tarixinə həsr olunan yeni kitab nəşr edilib

Vətən müharibəsi tarixinə həsr olunan yeni kitab nəşr edilib

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.

"Report" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan bu kitab Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilib.

Kitabın çapında əsas məqsəd gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğidir.

Nəşrdə Vətən müharibəsində qələbənin əldə olunmasında və müharibədən sonrakı dövrdə aparılan quruculuq işlərinin ölkə başçısı İlham Əliyevin sərkərdəlik qabiliyyəti sayəsində mümkün olduğu vurğulanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:16
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri