Icma.az
close
up
RU
Vətən müharibəsi zamanı Ermənistanın dezinformasiya kampaniyası

Vətən müharibəsi zamanı Ermənistanın dezinformasiya kampaniyası

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müharibə dövründə milli ideologiyaya yönəlmiş informasiya hücumları daha da intensivləşir. Məşhur fransız sərkərdə Napoleon Bonapart “Dörd düşmən qəzeti min süngüdən daha qorxuludur” ifadəsi müasir dövr qarşıdurmaları üçün də aktualdır. Müasir dövrdə baş verən müharibələrdə informasiya savaşı üçün xüsusi qruplar yaradılır, həmçinin müstəqil ekspertlər, tədqiqatçılar bu hücumları tədqiq edir, öyrənir. Həm birinci, həm də ikinci Qarabağ müharibələrində Ermənistan Azərbaycana qarşı müxtəlif istiqamətlərdə informasiya müharibələri aparıb. Birinci istiqamət Azərbaycan ictimaiyyətinə, xalqın mübarizə ruhunun sındırılmasına, əhali arasında qorxu, xof yaratmağa hesablanmışdı.
Etiraf edək ki, birinci Qarabağ müharibəsində ermənilər buna müəyyən qədər nail ola bilmişdilər. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin müharibəyə hazırlıqsızlığı əhalinin də milli müqavimət hissinə mənfi təsir göstərmişdi. “Böyük Ermənistan” xülyası ilə alışıb-yanan ermənilər, xüsusilə də, Xocalı soyqırımından sonra Azərbaycan xalqını inandıra bilmişdilər ki, onlar məğlubedilməzdilər. “Erməni hərbçilərinin içərisində qaradərililər var”, “ruslar da ermənilərlə birgə döyüşür”, “erməni snayperlərinin çox döşləri kəsilmiş qızlardır” və s. bu kimi yalan-doğru xəbərlərin də ordumuzun və xalqımızın əhval-ruhiyyəsinə təsiri az olmamışdı. 1994-cü ilin əvvəllərində hazırlanmış uğursuz qış əməliyyatından sonra Azərbaycan Ermənistanla atəşkəs sazişi imzalamağa məcbur oldu. Atəşkəs sazişi imzalansa da, Azərbaycan heç vaxt güzəştli sülh müqaviləsinə imza atmadı.
Ermənistanın Azərbaycana qarşı beynəlxalq müstəvidə də hücum cəbhəsi açmışdı. Ermənistan dövləti, erməni diasporu və bəzi beynəlxalq təşkilatlar, xarici dövlətlər, ermənipərəst mərkəzlər Azərbaycanı gözdən salmaq üçün bütün imkanlardan istifadə edirdilər. 1988-ci ildə Sovet KQB-si tərəfindən təşkil olunmuş Sumqayıt hadisələri, Qarabağda ermənilərin “müstəqillik davası”, demokratiya və insan haqları və digər məsələlərdən, yalan məlumatlardan ölkəmizə qarşı silah, alət kimi yararlanırdılar. Ermənilər və ermənipərəst qüvvələrin səyi ilə 30 il ərzində beynəlxalq təşkilatlar Azərbaycanda guya insan haqları və demokratiyanın pozulmasını, seçki və digər siyasi məsələləri bəhanə edərək ölkəmizə siyasi təzyiq göstərirdilər. Bütün bunlar Ermənistana imkan verirdi ki, danışıqlar prosesini uzatsın, yekun razılığa imza atmasın və s.
30 il ərzində Ermənistan belə bir fikir formalaşdırmışdı ki, Azərbaycan möhkəmləndirilmiş cəbhə xəttini – “keçilməz Ohanyan xəttini” yarmaq, bir sözlə Qarabağı azad etmək gücündə deyil. 2020-ci ilin sentyabrında başlayan və zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, ermənilərin yalana, böhtana söykənən informasiya müharibəsi ayaq tutsa da, yeriyə bilmədi.
İnformasiya müharibəsində sosial media
Sosial media əslində XXI əsrin döyüş meydanıdır. Təbliğatın sürətlə və görünməmiş miqyasda aparılmasına imkan yaradır. Hər şeydən öncə informasiya müharibəsi böyük bir qüvvəyə ehtiyac duymadan məqsədə çatmağa kömək edir. Dezinformasiyaya, ictimai rəyin manipulyasiyası, trol şərhləri, qorxu yaradan həmlələr hibrid müharibə taktikalarıdır. Dünya əhalisinin yarıdan çoxunun qoşulduğu internet, social şəbəkə platformaları yeni reallıqlar, imkanlar və risklər yaradır. Sosial media həm də dezinformasiya kampaniyalarının həyata keçirilməsində həlledici rol oynayır. Saxta məlumatlar sosial platformalarda sürətlə yayılır və təhliletmə qabiliyyəti zəif olan insanlardan ibarət “qurbanlar kütləsi” yaradır. 44 günlük Vətən müharibəzi zamanı erməni mediasi Azərbaycana qarşı beynəlxalq təzyiqləri gücləndirmək üçün müxtəlif dezinformasiyalardan istifadə edirdi.
“Azərbaycan Ordusunun tərkibində İŞİD-çilər, Türkiyə və Pakistan hərbçiləri döyüşür”, “Azərbaycan Ordusu mülki şəxsləri, məktəbləri, xəstəxanaları hədəf alır”, “Erməni mədəniyyətinə aid tarixi abidələr, kilsələr dağıdılır” kimi yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışırdılar. Bəzi beynəlxalq təşkilatla bu yalan məlumatlar əsasında Azərbaycana qarşı bəyanatlar səsləndirir, qətnamələr qəbul edirdilər.

Döyüş meydanındakı uğursuzluqlarını gizlətmək üçün erməni tərəfi xarici muzdlu döyüşçülərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə dəstək verdiklərini iddia edərək bir sıra şəkillər paylaşmağa başladılar. Ermənistan hökuməti və lobbisi cəmiyyətdə belə bir təsəvvür yaratmaq istəyirdi ki, onların ordusu Azərbaycan Silahlı Qüvvələri ilə deyil, xarici muzdlularla döyüşür. Bolqarıstanın araşdırma mərkəzi Xəzər və Qara Dəniz Tədqiqat Fondu (CCBS) tərəfindən aparılan bir araşdırmada bu iddianın yalan olduğu sübut edilmişdi. Fondun məlumatına görə, mənbə erməni əsilli suriyalı tvitter istifadəçisi Kevork Almasyanın yaydığı saxta məlumat olub. Heç bir konkret və etibarlı mənbəyə istinad etmədən Almasyan Suriya muzdluları ilə bağlı fantaziyasını fakt kimi təqdim etmişdi. Almasyanın 2020-ci il sentyabrın 21-də paylaşdığı tvitdə qeyd olunurdu: “Türkiyə Suriya muzdlularının ilk qrupunu növbəti həftənin çərşənbə günü Azərbaycana göndərəcək. Muzdlular aylıq məvacibi 600 dollar olmaqla Ermənistana qarşı döyüşəcəklər”. Təbii ki, bu məlumatlar nə müharibə vaxtı, nə də sonrakı dövrdə öz təsdiq ini tapmadı.
Ermənistan prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Gerard Libaridyan etiraf edir ki, ermənilər reallıqdan uzaq bir xəyal dünyası yaradıblar: “Ermənilərin əksəriyyətinə elə gəlirdi ki, müharibə əyləncəlidir. Bu mif, 1992–94-cü illər Birinci Qarabağ müharibəsinin nəticələri əsasında formalaşıb. Bu mifin yaradılmasında Ermənistanda və dünyada (ermənilər tərəfindən dəstəklənən) kütləvi informasiya vasitələrinin həlledici rola malik olması danılmaz faktdır”.
44 günlük Vətən müharibəsi dövründə təkcə ermənilər deyil, Azərbaycan dövlətinə, hakimiyyətinə, müsəlman və türk dünyasına qarşı kin bəsləyən bütün qruplar fəallaşmışdılar, hərəkətə keçmişdilər. Xaricdən idarə olunan sosial media resursları var gücləri ilə Azərbaycanda olan və olmayan bütün xırda problemləri qabardırdılar, “no var”çılıq şüarı altında Qarabağdakı qələbəmizə kölgə salmağa çalışırdılar. Sapı özümüzdən olan baltalar hətta 2023-cü ilin sentyabrında Qarabağı könüllü tərk etmələrinə baxmayaraq, ermənilərin Xankəndindən zorla köçürüldüyünü tirajlayırdılar. Bu məsələdə Azərbaycan dövləti tədbirli davranmışdı.
Dövlətimiz Azərbaycanın Qarabağ iqtisadi rayonunun dağlıq ərazilərində məskunlaşan erməni sakinlərin reinteqrasiyası prosesinə yönələn addımlar atdı. Bölgədə yaşayan bir çox ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdilər. Dövlət Miqrasiya Xidmətinin Xankəndidəki səyyar qəbulu zamanı reinteqrasiya prosesi ilə bağlı sakinlərlə hüquqi maarifləndirmə işləri aparmışdı. Bu prosesi sürətləndirmək üçün reintegration.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı da yaradılmışdı. (Mənbə: https://reintegration.gov.az/)
Bununla bərabər, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları da Xankəndiyə ezam olunmuşdular. Nazirliyin əməkdaşları ərazidəki erməni sakinlərinin sosial ehtiyaclarının müəyyən edilməsi, o cümlədən ilkin sosial-psixoloji, sosial və reabilitasiya xidmətlərinə dair qiymətləndirmə və maarifləndirmə işi aparmaq üçün səyyar qəbulu həyata keçirmişdilər. (Mənbə: https://sosial.gov.az/media/xeberler/emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyi-terefinden-xankendide-hessas-qruplardan-olanlar-ucun-siginacaq-yaradilib)

Bütün bunlara baxmayaraq, ermənilər könüllü olaraq Qarabağı tərk etdilər və Azərbaycan dövlətinin "geri qayıdın" çağırışına "yox" cavabı verdilər. Bütün bunlar onu göstərdi ki, sosial şəbəkələrdə paylaşılan "Azərbaycan erməniləri Qarabağdan zorla köçürür" məlumatı həqiqəti əks etdirmir.
Göründüyü kimi, media istənilən mövzunu sürətlə yaymaq gücünə malikdir və qısa müddətdə müəyyən siyasi və ya hərbi məqsədlərə çatmaq üçün ictimaiyyətin fikir və davranışlarına təsir etmək gücündədir. Sosial media informasiya savaşında çox əhəmiyyətli bir rol oynayır və müasir müharibədə həm hücumun, həm də müdafiənin mühüm bir parçasıdır.
Ermənilərin saxta qələbəsi
Müharibə zamanı ermənilər tərəfindən yaradılmış “Hamimiz.com”, “Şəhidlər.info” saytlar, eyni zamanda social şəbəkələrdə azərbaycanlı adı ilə yaradılan erməni səhifələr, profillər hər gün yalan məlumatlar tirajları, əhali arasında ajiotaj, çaşqınlıq yaratmaq istəyirdilər. Kəndlərimizin, rayonların bir-bir azad edilməsi, noyabrın 8-də Şuşaya üçrəngli bayrağımızın sancılması erməniləri çox ağır məyusluğa uğratdı. Şuşa azad edilənə qədər Ermənistan hökuməti və mediası “hücum üçün taktiki geri çəkilirik” kimi saxta xəbərlərlə erməni xalqını da aldadırdı. Müharibə dövründə Rusiyanın “WorGonzo” xəbər portal da erməni xalqını yalanlara inandırmaqla məşğul idi. Müharibə zamanı Ermənistan mediasının yalan xəbərlər yaydığını keçmiş yüksəkrütbəli hərbçi Movses Akopyan da öz çıxışında təsdiqləyib: “44 günlük müharibədə yayılan yalanlar ölkəni dərin böhran vəziyyətinə saldı. Ermənistan Müdafiə Nazirliyinin məlumat mərkəzinin vəzifələrindən biri düşməni çaşdırmaq olsa da, yalanların miqdarı 30%-i keçməməli idi, amma 100% idi”. (Mənbə: https://banker.az/erm%C9%99ni-general-erm%C9%99nistan-mudafi%C9%99-nazirliyinin-doyusl%C9%99rl%C9%99-bagli-m%C9%99lumatlarinin-100-i-yalan-idi/)
Şuşa azad edildikdən sonra dezinformasiyaların sayı sürətlə azaldı. Ermənistan hökuməti isə sonda kapitulyasiya aktına imza atmağın qaçılmaz olduğunu başa düşdü.
Sonda qeyd edək ki, istənilən halda müharibə dövründə informasiya savaşı Ordunun real imkanlarından, uğurlarından və ya uğursuzluqlarından kəskin fərqlənməməlidir. İfrat kampaniya, ağ-yalan məlumatlar bütün hallarda cəmiyyət üçün zərərli olur. 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Ermənistan və onun havadarlarının dezinformasiya kampaniyasını vaxtında deşifrə etməyi bacardı.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. (Teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri