Vətən müharibəsində həkim: “Hətta ayağını itirmiş zabit belə ön cəbhəyə qayıtmağa can atırdı“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin arxasında yalnız ön cəbhədə döyüşən əsgərlər deyil, həm də onların yanında həyatlarını riskə ataraq fədakarcasına çalışan tibb işçiləri dayanırdı.
Müharibənin ən qaynar nöqtələrində həkimlər və kiçik tibb personalı yaralıların həyatını xilas etmək üçün gecə-gündüz demədən mübarizə aparıblar.
Müharibənin həkim qəhrəmanları Baku TV-yə danışarkən, o günləri kövrək hisslərlə xatırlayıblar.
Travmatoloq-ortoped Fuad Əyyubovun sözlərinə görə, onlar döyüş bölgələrindən biri olan Qubadlıya qədər irəliləyiblər:
"Qubadlıya qədər yolumuz uzanıb. Yaralı əsgərin ayağına tikiş qoyurduq, həmin dəqiqə "ön xəttə nə vaxt gedə bilərəm, məni tez sağaldın, qayıdım oraya" deyirdi. Hətta ayağını itirmiş zabit belə "heç nə olmaz, bunun bir çarəsinə baxın, yenidən qayıtmalıyam, orada mənim yoldaşlarım var" deyirdi".
Daha ətraflı videosüjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 09 Noyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















