Vətən müharibəsində hər 2 gözünü itirən qazi KÖVRƏLTDİ VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə yayılan video izləyiciləri duyğulandırıb.
Milli.Az xəbər verir ki, Vətən müharibəsində hər iki gözünü itirən qazi Saməddin kövrək açıqlaması ilə diqqət çəkib.
Görmə qabiliyyətini tamamilə itirən qazi videoda valideynləri ilə bağlı hisslərini bölüşərkən göz yaşlarını saxlaya bilməyib. O, ən böyük ağrısının ata-anasının necə qocaldığını görə bilməməsi olduğunu deyib.
"Mən valideynlərimin necə qocaldığını görə bilmədim. Onların üzündəki dəyişiklikləri, saçlarına düşən ağları görmək qismət olmadı...".
Onun bu sözləri sosial mediada minlərlə insanı təsirləndirib. İzləyicilər şərhlərdə qaziyə dəstək mesajları yazaraq, onun fədakarlığını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, o, Vətən müharibəsində ağır yaralanaraq hər iki gözünü itirib.
Video qısa zamanda geniş yayılaraq böyük rezonans doğurub. Bir çox istifadəçi qazinin səbrini və valideynlərinə olan sevgisini nümunə göstərib.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Fevral 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















