Icma.az
close
up
RU
Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı

Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

5 il əvvəl oktyabr ayında Prezident İlham Əliyev Qubadlı sakinləri ilə onların doğma yurdlarında görüş zamanı Vətən müharibəsinin ən gənc qəhrəmanı Vüsal Yaqubovla söhbəti yaxşı xatirimizdədir: “Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlər hesabına biz bu gün burada dayanmışıq”.

Həmin gün Müzəfər Ali Baş Komandan Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovun timsalında igid Azərbaycan oğullarının Qarabağı düşməndən xilas etmələrindən iftixarla söz açdı.

Bakının Əhmədli qəsəbəsində 2 mart 2001-ci ildə məcburi köçkün ailəsində dünyaya göz açan Vüsal Elşən oğlu Yaqubovun anası Füzulidən, atası Qubadlıdan köçkün düşüblər. O lap kiçik yaşlarından yurd həsrətinin nə olduğunu bilib, ata-anasının ötən illər ərzində doğma torpaqlarından ötrü necə həsrət çəkdiklərinin şahidi olub. Onların söhbətlərindən öyrənib ki, 1993-cü ildə işğal zamanı Qubadlını ən son tərk edənlərdən biri də Vüsalın atası imiş.

Orta məktəbdə oxuduğu dövrdə “Şahin” hərbi oyunlarının fəal iştirakçısı olub, şagirdlər arasında taqım komandiri seçilib. Dərslərlə paralel idmanın cüdo növü üzrə də məşğul olub. Yəni hələ erkən yaşlarından fiziki hazırlığını artırıb, gələcəkdə yaxşı döyüşçü olmaq üçün bacarıqlarını inkişaf etdirib. O, özlüyündə həmişə xəyal edib və inanıb ki, nə vaxtsa düşməndən mütləq qisasımız alınacaq və o, bu qisasın iştirakçısı olacaq.

Vüsal Yaqubov hərbi sahəyə olan hədsiz istəyinə görə, 2019-cu ildə oxuduğu Göyçay rayon İdarəetmə və Texnologiya Kollecində təhsilini dayandırıb hərbi xidmətə yollanır. Bir aydan sonra Xüsusi Təyinatlı Qüvvələrin seçimi ilə Cəlilabadda yerləşən “N” saylı hərbi hissəyə göndərilir və əsgəri xidmətini orada davam etdirir. Çox çətin təlimlərdən keçir, döyüş təcrübəsi toplayır. İkinci Qarabağ müharibəsindən 8 ay əvvəl isə dağ təlimlərində olur. Həmin vaxt Vüsal özü də bilmirdi ki, qarşıda onu əsl savaş gözləyir.

Tərxis müddətinə cəmi 4 gün qalmış düşmənin növbəti təxribatının qarşısını almaq üçün ordumuz əks-hücum əməliyyatlarına başlayır. Vüsal da Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsinin əsgəri kimi savaşa qatılır. Döyüşə Füzulinin Horadiz qəsəbəsinin postlarından başlayaraq, rayonun bir çox kəndini azad edirlər. Bu ərazilərdə minalanmış sahələr, düşmən postları çox idi. Adsız yüksəkliklərin birində yarımçıq düzəldilmiş səngərin içində dincəlmək məqsədilə dayanan vaxt gizir onlara tank səsi eşitdiyini bildirir.

Qumbaraatanlar mövqe tuturlar və bir qədər sonra onlar yaxınlaşan düşmən “Kamaz”ını vururlar. Onun sürücüsü susdurulandan sonra düşmənə sursat və təminat aparan daha iki “Kamaz”ın gəldiyini görür, onları da susdururlar. Döyüşdə düşmənin bir tabor əsgərini məhv edirlər.

Həmin uğurlu döyüşdən sonra Vüsalgilin taqımı xüsusilə seçilir. Füzulinin bir çox kəndini azad edib sonra Cəbrayıla çatırlar. Silahlı Qüvvələrimiz burada da düşməni darmadağın edərək onu qaçmağa məcbur edir və bayrağımızı Cəbrayıl rayonunun girişində dalğalandırırlar. Sonra 14 gün Füzuli uğrunda ölüm-dirim savaşı apararaq rayon mərkəzini azad edib Xocavənd rayonuna doğru istiqamət alırlar.

Vüsalın həyatda heç zaman yadından çıxmayacaq savaş səhnəsi Xocalının Sığnaq kəndində olur. Elə burada göstərdiyi şəxsi igidliyə görə Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vüsalın söhbətlərinə görə, Sığnaq kəndində döyüşçülərimizin düşmənlə vuruşunda. Vüsal yolun mühafizəsində dayanıbmış.

Əsgər yoldaşı deyib ki, Yaqubov, bizim formada kimsə görünür. Düşünüblər ki, ola bilsin ki, kömək gəlir. Bu zaman Vüsal başını sağa çevirəndə görür ki, palçıqlı, ağ rəngli bir "Pikap" meşənin içərisindən yola çıxır. Maşının arxasında da iriçaplı pulemyot var. Arada 40 metr məsafə olub. Arxadan baxanda üzərindəki döyüşçünün kaskası bizim milli ordunun kaskasına oxşayıb. Vüsal bir anlıq tərəddüd edib ki, birdən öz döyüşçümüz olar.

Aradakı məsafə bir az da azalanda onun gözünü nişangaha qoyduğunu görür. İgidimiz ondan cəld davranaraq pulemyotla düşmənin alnından vurub. Onun başı pulemyotun üzərinə əyilib, amma əli tətikdə olduğu üçün güllələr gəlib Vüsalın yanına, mövqe üçün qoyduğu dəmir parçasına dəyib, amma qəlpələri onu tutub. Buna baxmayaraq, silahını susdurmayıb, atış vəziyyətində saxlayıb, düşmənin maşınında olanlara xəsarət yetirib.

Daha sonra əl qumbarasını çəkib maşının arxasına atıb və bundan istifadə edib yerini dəyişib. Cəmi 10 saniyə sonra düşmən Vüsalın çıxdığı yeri RQB qumbaraatanı ilə vurublar. Həmin vaxt düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsü ilə təkbaşına döyüşdüyünə görə Vüsal “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vüsalgilin taqımı qəhrəmanlıqla Sığnaq kəndin azad etdikdən sonra 4 gün kəndin keşiyini çəkiblər. Onu silahlı qüvvələrimizə təhvil verdikdən sonra Şuşanı azad etməyə istiqamətləniblər.

Yol Daşaltıya aparırdı, amma kəndə girmədən meşəyə dönüb yoldaşları ilə birgə iki gün Laçın dəhlizini müşahidə ediblər. Vüsal o günləri belə xatırlayır:

– Noyabrın 4-də orada atışma oldu, birinci təpəni götürdük. İkinci təpənin üstü erməni əsgərləri ilə dolu idi. Sonradan onların çoxu Şuşanın mərkəzinə çəkildi. Orada cəmi 4 erməni qalmışdı, onlar da qumbaraatanlardan atəş açırdılar. Daxili Qoşunlarımızın snayperçisi onları zərərsizləşdirdi və hücum edib təpəni aldıq. Bir taqımımız burada yerləşdi, qalanlarımız vaxt itirmədən Şuşanın içinə doğru istiqamətləndik.

Noyabrın 6-da biz Şuşaya girəndə bölmələrimiz artıq düşmənin axırına çıxmışdı. Yolların ətrafı düşmən cəsədləri ilə dolu idi, amma tək-tük sağ qalanlar da vardı. Biz Bülbülün evinə qədər getdik.

Şuşanı azad etdikdən sonra istiqamətimiz Şuşakənd idi. Elə həmin gün düşmən məğlubiyyət aktını imzaladı. Beləliklə, taqımımız hünərli döyüş yolu keçib sona qədər cəsarətlə vuruşdu və əldə olunan böyük Zəfərdə payı oldu.

Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri