Icma.az
close
up
RU
Vətən Müharibəsinin Cəbrayıl təntənəsi AÇIQLAMA

Vətən Müharibəsinin Cəbrayıl təntənəsi AÇIQLAMA

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Vətən müharibəsində Cəbrayılın düşmən tapdağından azad edilməsi Müzəffər Ordumuz üçün yeni imkanlar yaratdı”. Bunu YAP Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, Cəbrayıl əməliyyatı məhz belə strateji əhəmiyyət daşıyan hərbi uğurlardan biri idi: “İşğal dövründə Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələri bir neçə xəttdən ibarət istehkam sistemi yaratmışdı. Bu mövqelərin yarılması Azərbaycan hərbçilərindən yüksək hazırlıq, böyük cəsarət və fədakarlıq tələb edirdi. Ordumuzun peşəkarlığı nəticəsində bu çətin vəzifə uğurla yerinə yetirildi. 27 sentyabrdan başlayan əks-hücum əməliyyatları zamanı Böyük Mərcanlı və Nüzgar kəndlərinin, ardınca digər yaşayış məntəqələrinin azad edilməsi Cəbrayıl istiqamətində tarixi dönüşün başlanğıcı oldu. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri düşməndən təmizləndi”.

M.Səfərli qeyd edib ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Həmin vaxt rayonun ərazisində bir şəhər, 4 qəsəbə və 92 kənd vardı. 1050 kvadratkilometr ərazini əhatə edən rayonda 52 min nəfər yaşayırdı. İşğal nəticəsində Cəbrayılın 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı və 100-ə yaxın kəndi dağıntıya məruz qaldı. Rayona vurulan ziyanın məbləği 13,928 milyard ABŞ dolları kimi göstərilir. Amma Cəbrayıl yalnız dağıdılmış tikililərdən ibarət deyildi. Bu torpağın özünəməxsus iqtisadi, elmi və mədəni həyatı vardı. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi çalışır, 72 məktəbdə 1660-dan çox müəllim fəaliyyət göstərirdi.

Üç musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və muzey rayonun zəngin mədəni həyatını yaşadırdı. Sənaye müəssisələri, kolxozlar, quşçuluq fabriki və digər təsərrüfatlar isə Cəbrayılın iqtisadi potensialını formalaşdırırdı. İşğal illəri bu torpağın maddi sərvətlərinə olduğu kimi, tarixi-mədəni irsinə də ağır zərbə vurdu. “Divlər Sarayı” mağarasından Xudafərin körpülərinə, Çələbilər kəndindəki məscid kompleksindən “Dairəvi Türbə”yə qədər çoxsaylı tarixi abidələr dağıdıldı və ya məhv edildi. Bu dağıntılar yalnız daşın, divarın, tikilinin məhvi deyildi. Bunlar bir xalqın tarixinin izlərini silməyə yönəlmiş vandalizmin acı nəticələri idi. Cəbrayıllıların taleyi də bu faciənin ən ağır səhifələrindən birini təşkil etdi. Minlərlə insan doğma yurd-yuvasından didərgin düşərək Azərbaycanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən düşərgələrdə, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur oldu.

M.Səfərli onu da bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl uğrunda döyüşlərdə iştirak edən hərbçilərin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirildi. “Cəbrayılın azad olunmasına görə” medalı ilə on minlərlə hərbi qulluqçunun təltif edilməsi həmin döyüşlərdə nümayiş etdirilən qəhrəmanlığın dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri