Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Vətən sevdalı böyük şair Məmməd Araz

Vətən sevdalı böyük şair Məmməd Araz

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Nə yatmısan qoca vulkan, səninləyəm !

Ayağa dur. Azərbaycan, səninləyəm !

Azərbaycan poeziyasında sənəti şaxələndirən, ona yeni ideyalarla nəfəs gətirən və sözün ölçüsündən məharətlə istifadə edən Məmməd Araz milli ədəbiyyatımızda söz mülkünün seçilən və sevgi ilə misraları oxunan qələm sahibləri sırasında ismini əbədiləşdirən şair kimi qəbul olundu, zamanın məsafəsində xatırlanaraq, yad olunacaq ziyalı səviyyəsinə yüksəldi. Belə bir imicə sahib olan sənətkar söz aləmində fəlsəfi görüşlər ilə yadda qaldı. Dünyanı öz ölçüsü ilə qəbul edib, bəşəri meyarlar baxımından fəlsəfi düşüncələrinə yol açdı.

Vətən sevdalı bir şairin düşüncələri misralara köçdü. İsti nəfəsi ilə nəzmə çəkdiyi misralarda pıçıltılı bir dünyadan boylanan şairin müdrik siması, portrer cizgiləri göz önündə canlanır. Azərbaycan ilə nəfəs alan, Azərbaycanın hər daşına, qayasına vurğun olan Məmməd Araz.

Bu, onun sənət meyarında insan düşüncəsini, idrakının qəbul edəcəyi dəyərləri əxz etməsi, cəmiyyətdə fikir formalaşdıraraq böyük bir insan kütləsini şeirlərin təsirində həyatla birbaşa dialoq yaratmağa qadir olan şeir nümunələri ilə insanlara aşılandı. Bu gün Azərbaycan şeirinə klassik nümunələri ilə imza atmış sənətkarın doğum günüdür. Sənətə isti misraları ilə bir rəng gətirən Məmməd Araz 14 oktyabr 1933-cü ildə dünyaya göz açmış, özünəməxsusluğu ilə seçilərək sənət dünyasında da fərdi bir iz qoya bilmişdir. Şahbuz rayonunun Nurs kəndində anadan olan Məmməd Araz doğulduğu məkanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutda təhsil alır. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayır, sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyir. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olur. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifəsində çalışır.

Şair, tərcüməçi, publisist kimi tanıdığımız şairin keçdiyi yol onu bir ziyalı olaraq tanıtdı. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Məmməd Araz əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, Azərbaycan dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairi adına layiq görülür və Azərbaycan Respublikasının "İstiqlal" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olur. Onun adına "Məmməd Araz" mükafatı təsis olunur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsində çalışır. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etdi. Yaradıcılıq yolunda kitablarının işıq üzü görməsi onun bu aləmdə daha da tanınmasına səbəb oldu. "Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Anamdan yadigar nəğmələr", "Ömür karvanı", "İllərdən bəri, "Həyatın və sözün rəngləri", "Oxucuya məktub", "Aylarım, illərim", "Dünya sənin, dünya mənim", "Dünya düzəlmir", "Daş harayı", "Yol ayrıcında söhbət", "Sənətdə son mənzil olmur" və s. kitabları onu daha da sevdirdi və oxucularla ünsiyyətin artırdı.

AZƏRBAYCAN POEZİYASININ PARLAQ SƏHİFƏLƏRİ

Tərcüməçilik fəaliyyəti də onun yaradıcılığını şaxələndirən bir faktordur. Belə ki, o, rus poeziyasının görkəmli nümayədələrinin əsərlərini dilimizə çevirdi. S.V.Mixalkovun "Foma", M.Svetlovun "Şeirlər", N.A.Nekrasovun "Rus qadınları" və dünya şairlərinin şeirlərindən ibarət olan "Ocaq başında" kitabları Azərbaycan oxucusunu dünya ədəbiyyatına yaxınlaşdırdı. Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazandı. Eyni zamanda, şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olundu.

Məmməd Arazın yarım əsr davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdi. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərdi. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir.

Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsil xalq şairi, Azərbaycan ziyalısı oldu. Onun vətənpərvərlik hissləri təcəssümü olan şeirlərində böyük sevgisini görürük:

Nə yatmısan qoca vulkan, səninləyəm !

Ayağa dur. Azərbaycan, səninləyəm !

Səndən qeyri,

biz hər şeyi bölə billik.

Səndən qeyri,

Biz hamımız ölə billik.

Zamanın diktəsi ilə yazıb-yaradan şairin misralarında həyat, torpaq sevgisi ali bir hiss olaraq təqdim edilir. Çox yüksək bir emosiya ilə Azərbaycan ərənlərinə müraciətində bir cəsarət, tələb var. Bu vətən oğluna bir çağırış, ruhdur. Əli silah, külüng, yaba tutan nişanlı ərləri oyadan misralarında şair üsyanı sezilməkdədir. Qız atası olan kəslərə hanı nərən, hanı səsin, hanı andın sualını ünvanlaması onları xırdalanmaqdan, kiçilməkdən uzaqlaşdırır:

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın?

- deməsi ilə vətən oğlunu ayağa durmağa səsləyir. Sərhədinə yaxşı baxmaq üçün içindəki qorxunu boğmağı, ölümlə qalımını ayırd etməsini məsləhət görür. "Dur özünü Boz Qurd elə!" qətiyyəti yetişən nəsil üçün bir qeyrət nümunəsi olacaq misradır.

DÜNYA SƏNİN, DÜNYA MƏNİM, DÜNYA HEÇ KİMİN

Məmməd Arazın məşhur olan "Dünya sənin, dünya mənim" şeirində şair fəlsəfəsi ilə baş-başa qalırıq:

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da, qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

dünya mənim,

dünya heç kimin...

Şairin yaradıcılığında müxtəlif məzmunlu şeirlərlə baş-başa qalırıq. Dünya, həyat və ölüm haqqında fəlsəfi düşüncələri insanı real həyatın həqiqətlərini dərk etməyə sövq edir. Bu poeziyada fikir yükü dərindir. Qarabağ dərdi, torpaqların işğalı şairin narahat dünya yaşamasına səbəb olur. İnsan etibarı, fərdlərin bir-biri ilə xoş ünsiyyəti şairin fikir dünyasını şərtləndirən amillərdir. Onun saf, ali düşüncəsindən süzülən misralarında Məmməd Araz siması açıq-aydın görünür:

Hər çətin anımda kəsin yanımı,

Axın ürəyimə gülüşlə, sözlə,

Mən öz varlığımı, öz ünvanımı

Tapıram hər yeni gəlişinizlə.

Dünyadan köç edən şairin fəlsəfi görüşləri onu oxucular arasında əbədiləşdirdi. Böyük sevgi ilə yaradan şair dünyası elə böyük sevgi ilə də əhatə olunaraq əbədiyaşarlıq hüququ qazandı. Məmməd Araz dünyası poeziyasevərlərin dünyasına köçdü. Bir ömür fəlsəfəsi milyonların həyat yolunda meyara çevrildi.

Ümummilli Lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev tərəfindən Xalq şairi Məmməd Araz "İstiqlal" ordeni ilə təltif edilib.

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, Ulu Öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:408
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri