Icma.az
close
up
RU
Vətəndaş aylarla cavab gözləyir, həll edilməlidir Deputat

Vətəndaş aylarla cavab gözləyir, həll edilməlidir Deputat

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son dövrlərdə səslənən problemlərdən biri əlillik təyinatı ilə bağlı yaranan çətinliklərdir. Bu məsələ xüsusilə ağır xəstə insanlar və müharibə veteranları üçün ciddi narahatlıq doğurur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat əlilliyin təyinatı prosesinin vətəndaşlar üçün çətin olduğunu söyləyib:

“İnsanlar bildirirlər ki, tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər, elektron sistemdə müraciətin göndərilməsi və qərarın verilməsini gözləmək aylarla çəkir. Bəzi hallarda isə vətəndaşlar aldıqları qərarla razılaşmadıqları üçün yenidən müraciət etməyə məcbur qalırlar. Bu proses həm fiziki, həm də psixoloji baxımdan onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır.

Xüsusilə diqqət çəkən məqam odur ki, bu problemlərlə müharibə veteranları da üzləşir. Sağlamlığını itirmiş insanlar bəzən uzun müddət əlillik dərəcəsinin müəyyən olunmasını gözləyir və ya qərarla bağlı suallar yaranır. Cəmiyyətdə və sosial şəbəkələrdə yayılan müraciətlər də göstərir ki, bu məsələ tək-tək hallar deyil, daha geniş bir problemin əlamətidir.

Əlbəttə, etiraf etməliyik ki, son illər sosial müdafiə sahəsində mühüm islahatlar həyata keçirilib. Əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından vacib addım idi. Lakin praktikada görünür ki, mexanizm hələ də bütün hallarda vətəndaş üçün rahat və operativ işləyə bilmir”.

R.Nurullayev qeyd edib ki, bu sahədə bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir:

“İlk növbədə, əlillik təyinatı prosedurları daha sadə və vətəndaş yönümlü olmalıdır. Tibbi sənədlərin toplanması və sistemə daxil edilməsi prosesində insanları uzun və yorucu prosedurlarla üz-üzə qoymamaq lazımdır.

İkincisi, xüsusilə müharibə veteranları, ağır xəstələr və sosial baxımdan həssas qruplar üçün sürətləndirilmiş mexanizm tətbiq olunmalıdır. Bu insanlar aylarla qərar gözləməməlidirlər.

Üçüncüsü isə vətəndaşın verilən qərarla razılaşmadığı hallarda daha operativ və şəffaf apellyasiya mexanizmi təmin edilməlidir.

Hesab edirəm ki, əlillik məsələsinə yalnız texniki prosedur kimi yox, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmalıyıq. Dövlətin sosial siyasətinin əsas məqsədi məhz ən çox ehtiyacı olan insanları qorumaqdır.

Əgər bu sahədə mövcud çətinlikləri diqqətlə təhlil edib aradan qaldıra bilsək, həm vətəndaş məmnuniyyətini artırarıq, həm də sosial müdafiə sisteminə olan ictimai etimadı daha da gücləndirmiş olarıq.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Mart 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri