Icma.az
close
up
RU
Vətəndaş Cargomax dan şikayətləndi: 25 gündür sifarişimi ala bilmirəm

Vətəndaş Cargomax dan şikayətləndi: 25 gündür sifarişimi ala bilmirəm

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Vətəndaş Brendfoni şirkəti vasitəsilə sifariş etdiyi məhsulun 25 gündən artıq müddətdə çatdırılmamasından və Cargomax şirkətindən sifarişi ilə bağlı dolğun məlumat ala bilməməsindən narazılıq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşıb.

Vətəndaş paylaşımında sifarişin gecikdirilməsi, əlaqə vasitələrinin işləməməsi və ziddiyyətli məlumatların verilməsi ilə bağlı iradlarını bildirib:

“Mən 8 avqust 2026-cı il tarixində Brendfoni şirkəti vasitəsilə ümumi dəyəri 20 AZN olan məhsul sifariş etmişəm. İlk sifariş üçün təqdim olunan 7 AZN endirim kuponundan istifadə etdiyim üçün sifariş üzrə faktiki ödənişim 13 AZN təşkil etmişdir. Sözügedən sifarişin daşınması və çatdırılması üçün Cargomax şirkəti təyin edilmişdir.

Lakin sifariş tarixindən artıq 25 gündən çox vaxt keçməsinə baxmayaraq, sifarişim hələ də mənə çatdırılmayıb. Daha ciddi problem isə ondan ibarətdir ki, bu müddət ərzində sifarişimin hazırkı vəziyyəti, yerləşdiyi yer, gecikmənin səbəbi və təxmini çatdırılma tarixi barədə şirkətdən dolğun, dəqiq və etibarlı məlumat almaq mümkün olmayıb.

Şirkətlə əlaqə yaratmaq cəhdlərim də nəticəsiz qalmışdır. Cargomax şirkətinin müştərilərlə əlaqə üçün təqdim etdiyi qaynar xətt nömrəsinə dəfələrlə zəng etməyə çalışsam da, nömrənin işləmədiyi və ya mövcud olmadığı barədə avtomatik bildirişlə qarşılaşmışam. Beləliklə, şirkətin rəsmi əlaqə vasitələrindən biri faktiki olaraq müştərilər üçün əlçatan deyil.

Bundan əlavə, şirkətin tətbiqi üzərindən operatorla əlaqə saxladığım zaman sifarişim haqqında ətraflı məlumatın təqdim edilməsi üçün elektron poçt ünvanıma OTP təsdiq kodunun göndərilməsinin zəruri olduğu bildirilib. Mən bu prosedura razılıq verməyimə baxmayaraq, elektron poçt ünvanıma heç bir təsdiq kodu daxil olmayıb. Nəticə etibarilə, OTP kodunu təqdim edə bilmədiyim üçün sifarişim barədə məlumat almaq imkanım da məhdudlaşdırılıb.

Məsələnin digər narahatedici tərəfi isə şirkətin müxtəlif kommunikasiya kanalları vasitəsilə bir-birinə zidd məlumatların verilməsidir. Tətbiq üzərindən əlaqə saxladığım operator tərəfindən mənə sifarişimi yaxınlaşaraq AF Centre-dan təhvil ala biləcəyim bildirilib. Lakin sonradan WhatsApp vasitəsilə əlaqə saxladığım digər operator həmin məlumatın yanlış olduğunu, tətbiqdəki süni intellekt sisteminin səhv məlumat verdiyini və sifarişin yalnız kuryer vasitəsilə çatdırılacağını bildirib.

Beləliklə, eyni şirkətin müxtəlif nümayəndələri tərəfindən bir-birini təkzib edən məlumatların verilməsi məndə haqlı narazılıq və qeyri-müəyyənlik yaradıb. Hazırda sifarişimin harada olduğu, hansı mərhələdə yerləşdiyi, nə zaman çatdırılacağı və ümumiyyətlə gecikmənin konkret səbəbi barədə mənə aydın və etibarlı məlumat təqdim edilmir.

Hesab edirəm ki, müştərinin sifarişi ilə bağlı məlumat əldə etmək üçün işlək əlaqə vasitələrinin mövcud olmaması, elektron təsdiq sistemində yaranan problemlər səbəbindən məlumatın təqdim edilməməsi, sifarişin uzun müddət gecikdirilməsi və müxtəlif operatorlar tərəfindən ziddiyyətli məlumatların verilməsi istehlakçı hüquqlarının və keyfiyyətli xidmət prinsiplərinin pozulmasına səbəb olur”.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri