Icma.az
close
up
RU
Vətəndaş evdən çıxmırsa, əmlakı uçurula bilər? Tanınmış hüquqşünas açıqladı

Vətəndaş evdən çıxmırsa, əmlakı uçurula bilər? Tanınmış hüquqşünas açıqladı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkəti sakinlər evdə olduğu halda evi dağıdıb. Bu barədə mediada və sosial şəbəkədə görüntülər yayılıb.

Sözügedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları üçün evi tərk etmirdilər. Hadisə yerinə xilasediciləri cəlb olunub.

Globalinfo.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev deyib ki, baş verən hadisə ilk növbədə bir neçə etik normanın pozulmasıdır:

“Bundan başqa baş verən hadisə çox ciddi hüquq pozuntusudur, yolverilməzdir. Məsələni hüquqi nöqteyi-nəzərdən analiz etdikdə görərik ki, burada mülkiyyət hüququnun pozulması baş verib. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarını qoruyur. Hətta ev qeyri-qanuni tikili olsa belə orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz.

İnzibati Xətalar Məcəlləsinə görə, şirkətin etdiyi məsuliyyət yaradır. Bu,  qeyri-qanuni hərəkətdir. Belə ki, hüquqi əsas olmadan mülkiyyətə müdaxilə və insan həyatı üçün təhlükə yaratmaq cinayətdir. Burada mülkiyyətin məhv edilməsi baş verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186, 187-ci maddələri qüvvəyə minir. Əgər insan həyatına təhlükə yaranırsa, şəxsiyyət əleyhinə cinayət də sayılır.

Yaşayış binasının içərisində insan olduğu üçün bu həm də xüsusi təhlükəli əməl sayılır. Cinayət Məcəlləsinin müvafiq bəndi üzrə də məsuliyyətə cəlb edilə bilər”.

Əliməmməd Nuriyev

Ə.Nuriyev deyib ki, hər hansı şirkət tikinti işi aparırsa, yerli icra hakimiyyəti, FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış təxliyə işi aparmalıdır:

“Bütün bunlar edilməyibsə, tikinti şirkəti təkcə hüquqi deyil, həm də mülki məsuliyyət daşıyır. Çünki əmlaka və insanlara zərər dəyir. Digər tərəfdən, bu cür hərəkətlər insanlara psixoloji zərbə də vurur.

Qanunla heç bir şəxs, ailə evindən çıxmırsa, onu zorla çıxara bilməzlər. Söküntü işləri məhkəmə qərarı ilə başlaya bilər. Lakin yenə də təxliyə işləri aparılmadan heç bir söküntü aparmaq olmaz.

Vətəndaşlar Baş Prokurorluğa, Ombudsman Aparatına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə və polisə şikayət edə bilərlər. Bundan başqa, məhkəməyə müraciət edib şirkətə qarşı maddi-mənəvi təzminat irəli sürə bilərlər”.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

“Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”, – deyə məlumatda qeyd edilib.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Mart 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri