“Vətəndaş məmnunluğu Prezidentin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Daxili işlər orqanlarının həyata keçirdiyi istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 faizinin üstü açılıb.
“Qafqazinfo” xəbər verir ki, bu Daxili İşlər Nazirliyinin (DİN) ilin birinci rübünün yekununa həsr edilmiş hesabatında əks olunub.
Hesabatda bildirilib ki, polis prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3.013 cinayətin üstü açılıb, eləcə də 4.474 hüquqazidd əməlin qarşısı alınıb. Bundan başqa müxtəlif cinayətlər törətmiş 6.887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4.282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Ümumilikdə isə axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.
Nazir general-polkovnik Vilayət Eyvazov iclasda xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini deyib.
Vilayət Eyvazov yekun nitqində vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladıb, polislərdən müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 İyul 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















