Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?
Axar.az saytına istinadən Icma.az xəbər verir.
İrandakı etirazların daha öncə baş verən kütləvi aksiyalardan fərqləndirən cəhətləri rejimin süqutuna aparacağı ehtimalını gücləndirir.
a) Rejimin dəyişdirilməsi planları/cəhdləri daim gündəmə gəlsə də, vacib olan iki amil – daxili zəmin və xarici dəstək indi daha güclü görünür;
b) Rejimin xarici dəstək amili qarşısında mövqelərini gücləndirə biləcək real müttəfiqləri yoxdur;
c) Etirazların təməlində sosial-iqtisadi problemlərin dayanması dindarlar da daxil olmaqla cəmiyyətin bütün kəsimlərinin rejimə qarşı çıxmasına səbəb olur: müxtəlif etnosların post-rejim sonrakı planları fərqli olsa da, hazırki hədəfləri ortaqdır;
ç) Etirazlar İranda hadisələrin inkişafına yön verən hər üç mərəzdə - Tehran, Məşhəd və Təbrizdə baş verir;
d) Rejim daxilində monolitlik zəfləyib, Pezeşkianın çağırışları, həmçinin, rejimin Haşdi-Şabi və Hizbullahdan dəstək qüvvələri gətirməsi haqda məlumatlar bu kontekstdə diqqət çəkir.
Bu kontekstdə rejimin ölkəyə nəzarəti bərpa edə biləcəyi ehtimalları zəifləyir. Hadisələrin iki ssenari üzrə inkişaf edəcəyini təxmin etmək mümkündür.
Suriya ssenarisi: Bu, vətəndaş müharibəsinin olması deməkdir;
Rejimin vəziyyətə nəzarəti itirməmək üçün sona qədər dözmək istədiyi görünür. Məlumatlara görə, Hizbullah üzvləri və İraqdan milis qüvvələri etirazçılara qarşı döyüşmək üçün ölkəyə gətirilib. Bu, etirazlara silahlı müdaxilənin genişlənəcəyi və etirazçıların da silahdan istifadəsinin kütləvi hal alacağı deməkdir. Əsədin dirənişi nəticəsində Suriyada başlanan vətəndaş müharibəsi ssenarisi İranda da təkrarlana bilər, hərçənd, bunun uzunmüddətli olması mümkünsüzdür. Suriyada Əsədin uzun müddət dirənməsi xarici faktorlardan – Rusiya və İranın dəstəyindən qaynaqlanırdı. İran rejimin uzun müddət dirənişini təmin edəcək real müttəfiqləri yoxdur:
- Çin siyasi dəstək versə də, praktiki müdaxilədən çəkinəcək;
- Rusiyanın praktiki dəstək vermək imkanları məhdudlaşıb, Moskva İran məsələsindən Vaşinqtonla “bazarlıqda” istifadə etməyə çalışacaq.
İraq ssenarisi: Mərkəzi hakimiyyətin zəif olduğu İran;
İranın parçalanması planları mövcuddur, lakin post-rejim dövründə bunun qısa müddətdə baş verməsi bölgəyə nəzarətin çətinliyi və geosiyasi toqquşma riskləri fonunda xarici faktorların marağında olmaya bilər. İstisna deyil ki, İran üçün İraq ssenarisi – zəif mərkəzi hakimiyyət və muxtar respublikalar planlaşdırılır. Kürdlər üzərindən qurulan oyunlar da bu planın mümkünyünü önə çıxarır.
Bizim üçün əsas məsələ İranda post-rejim sonrası Güney Azərbaycanın milli məsələsinin ən azı “güclü muxtariyyət” kimi qəbul edilməsinə nail olmaqdır. Çünki rejimi devirmək istəyən xarici faktorların kürdlərdən fərqli olaraq, azərbaycanlılar analoji dəstək verəcəyi sual altındadır, eyni zamanda, Güney Azərbaycanda demoqrafik vəziyyətin kürdlərin hesabına dəyişdirilməsi istiqamətində atılmış addımlar, eləcə də onların torpaq iddiaları (“Kürdüstan Demokrat Partiyası” bəyanatında “Makudan Loristana qədər, bir millət, bir ölkə” ifadəsi ilə Güney Azərbaycanın Qərbi Azərbaycan və Loristan əyalətlərinə iddianı gündəmə gətirib) risklər yaradır. Bu baxımdan, Təbrizin gələcəyində Bakının rolu həlledici ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 09 Yanvar 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















