Icma.az
close
up
RU
Vətəndaş pensiya kapitalını istədiyi kimi sərf edə bilməlidir

Vətəndaş pensiya kapitalını istədiyi kimi sərf edə bilməlidir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gələn ildən fəalliyətə başlaması nəzərdə tutulan özəl pensiya fondlarına çox ehtiyac var”. 

Bu sözləri insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, özəl pensiya fondlarının yaranması ilə vətəndaş da, dövlət də daha rahat olar: 

“Hər bir vətəndaş illərlə pensiya kapitalı kimi yığdığı pulu lazım olanda özü və ya övladının gələcəyinə sərf edə bilməlidir. 

Hazırda kimsə öləndə, onun illərlə pensiya kapitalına yığdığı pul batır. Əslində, bu pul onun varisinə verilməlidir. İndiyə kimi yığdığı pul batır, övladı isə çətinlik çəkir. Ona görə də bu məsələdə varislik psinsipi olmalıdır. Özəl pensiya fondunda varislik sisteminin tətbiqinə ehtiyac var”. 

Ekspert bununla bağlı kreditləri nümunə göstərib: 

“Məsələn, valideyn öləndə, götürdüyü kreditin ödənilməsi övladından tələb olunur. Özəl pensiya sistemində də məhz bu qayda tətbiq olunmalıdır. Yəni yığılan pul övladına verilməlidir. Çünki valideyn illərlə əziyyət çəkərək o kapitalı yığıb. Hər kəs öz pensiya kapitalında yığılan vəsaiti istədiyi vaxt sərf edə bilməlidir. Kiminsə o pula indi ehtiyacı varsa, indi çıxarmalıdır. Bəziləri isə bu kapitalı gələcəkdə övladı üçün saxlaya bilər. İnsanlar da bunun tərəfdarıdır”. 

Sevda Quliyeva özəl pensiya fondlarının yaradılmasının faydalarından da danışıb: 

“Bu yolla vətəndaşlar dövlət pensiyası ilə yanaşı, özəldən də əlavə gəlir mənbəyi əldə edirlər. Bu isə insanlara yaşlılıq dövründə maddi rifahın daha yüksək olmasına imkan yaradacaq. Üstəlik, özəl fondlar investisiya strategiyaları vasitəsilə vəsaitləri artırmağa çalışır. 

Əlbəttə bu da dövlət pensiyasından daha yüksək gəlirə səbəb ola bilər. Həmçinin, vətəndaşlar öz fondlarını seçmək və yığımlarının necə idarə olunduğunu izləmək imkanına malikdirlər”. 

Mütəxəssis onu da vurğulayıb ki, özəl pensiya fondlarında yığılan vəsaitlər daxili bazarda investisiya olunaraq iqtisadi inkişafı dəstəkləyəcək: 

“Bu, bir döv dövlətin sosial yükün azaldılmasına səbəb olacaq. Ən mühüm üstünlük isə dövlət pensiyasından fərqli olaraq, özəl pensiya fondlarında yığılan vəsait vəfat edən şəxsin varislərinə ötürülə bilər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Pensiya özəl pensiya fondu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri