Vətəndaşa qarşı quldurluq edənlər hakim qarşısında
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vətəndaşa qarşı quldurluqda təqsirləndirilən Lalə Hüseynova və Elmir Nağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərdən Lalə Hüseynovanın 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalından həbs olunmasını, Elmir Nağıyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 15 May 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















