Icma.az
close
up
RU
Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər!

Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər!

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi "mygov” rəqəmsal hökumət platforması vətəndaşlara daha bir xidmət təqdim edir. Artıq vətəndaşlar "mygov” tətbiqi vasitəsilə nikahlarını rəqəmsal formada qeydiyyata ala bilərlər.

Qeyd edək ki, bu xidmətin "mygov” platformasına inteqrasiyası İRİA və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub.

Bu prosesə başlamaq üçün nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçmələri zəruridir. Müayinədən 14 gün sonra qan analizi nəticələri avtomatik olaraq "mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Bildiriş aldıqdan sonra, nikaha daxil olmaq istəyən vətəndaşlar "mygov” tətbiqində aşağıdakı sadə addımları izləyərək nikahlarını qeydiyyata ala bilərlər:

1. "mygov” tətbiqinə daxil olun və "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçiminə tıklayaraq və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçərək prosesə başlayın.

2. Sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq.

3. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək nikah qeydiyyatı üçün müraciətini davam etdirir.

4. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçin, məlumatlarınızı təsdiqləyin.

5. 30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status "Tamamlanıb” olaraq göründüyü zaman, 10 AZN məbləğində dövlət rüsumunu ödəyin.

6. Şəhadətnaməniz hazır olduqda, seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.

Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra, vətəndaşlar rəqəmsal formada da "mygov” tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.

Bu yenilik sayəsində vətəndaşlar artıq nikah qeydiyyatını evdən çıxmadan, rahatlıqla və vaxt itirmədən həyata keçirə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanına əsasən vətəndaşların tələb olunan nikah haqqında şəhadətnamə məlumatlarını "mygov” platforması üzərindən təqdim etməsi onun fiziki daşıyıcısını təqdim etməsi ilə bərabər tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri