Vətəndaşlardan diş düzəltmək adı ilə pul qoparan həkim həbs edilib
Icma.az, Azpost saytına istinadən bildirir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.
Belə ki, F.Quliyevin rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4500, 4000, 2600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Fuad Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və o, məhkəmə qərarı ilə həbs olunub.
Fakt üzrə istintaq tədbirləri davam etdirilir.
Paylaş
Baxış sayı:65
Bu xəbər 02 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















