Vətəndaşların kredit kartlarına marağı azalıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil edib.
Bakıvaxtı.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12.2 % artıb.
Ödәniş kartlarında debet kartlarının sayı 14.7% artıb, kredit kartlarının sayı isә 6.7% azalıb.
Tənzimləyicidən bildirilib ki, ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrib. Belә ki, noyabr ayında ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14.4% artıb.
2025-ci ilin noyabrında kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7,940 mln. manat tәşkil edib. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6,948 mln. manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 mln. manatı POS-terminallar, 2 mln. manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilib.
İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67.5%-ni tәşkil etmişdir. Banklar vә “Azәrpoçt” MMC ödәniş xidmәti şәbәkәlәri üzrә dinamik artım müşahidә olunur. Belә ki, keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8.5%, POS-terminalların sayı 57.1% artmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















