Vətəndaşların nəzərinə! Baş DYP İdarəsi “WhatsApp” hesabı yaratdı
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşların müraciətləri üçün yeni “WhatsApp” hesabı yaradıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı BDYPİ-nin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat paylaşıb.
O bildirib ki, sosial şəbəkələrdə vətəndaşlardan gələn çoxsaylı müraciətlər nəzərə alınaraq, belə bir addım atılıb:
“Artıq siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu hesaba göndərə, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz. Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir. Xahiş edirik nəzərə alasınız ki, “WhatsApp” hesabı yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub.“WhatsApp” hesabı - 050 800 09 02”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Fevral 2026 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















