Icma.az
close
up
RU
Vətəndaşların nəzərinə: Bu spirtli içkilər ölümə səbəb olur

Vətəndaşların nəzərinə: Bu spirtli içkilər ölümə səbəb olur

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda son 3 gündə 11 nəfərin spirtdən zəhərlənərək ölməsi xəbəri ictimaiyyətdə narahatlığa səbəb olub. Onların etil spirtindən zəhərləndiyi ehtimal edilir. Ümumiyyətlə, müvafiq qurumlar bu sahədə yoxlamalar aparsalar da, saxta spirtli içki məsələsinə tam nəzarət etmək mümkün olmur. Burada bəzi işbazların da “rolu” olduğu bildirilir.

Vətəndaşlar bu məsələdə nəyə diqqət etməlidirlər? 

Globalinfo.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib ki, spirtli içkilərdən zəhərlənmə hallarının bir çox səbəbləri ola bilər:

“İlk növbədə saxta şəkildə hazırlanan, düzgün texnologiyadan istifadə edilməyərək mövcud olan içkilər bu hallara şərait yaradır.  Mənşəyi bəlli olan alkoqollu içkilər də zəhərləməyə səbəb ola bilər. Əsasən qısa müddətdə həddindən artıq spirtli içki qəbulu və ya ac qarınına bunu etmək fəsadlara yol açır. Eyni zamanda orqanizmi xüsusilə də vərdiş olmadığı spirtə qarşı həssas olan insanlarda, azyaşlılarda bu kimi hallar baş verir. Spirtli içki sürətlə sovrularaq qana qarışır, bəzən qaraciyər yüklənir, yaxud digər orqanlar funksiyalarını normal yerinə yetirə bilmirlər. Belə olduğu halda hətta zəhərlənmənin ölümlə də nəticələnməsi mümkündür”.

Məhsəti Hüseynova

Ekspert bildirib ki, spirtli içkilər zərərli vərdişlər sırasında yer alır və istifadə etməmək tövsiyə olunur:

“Ac halda qətiyyən içməməlisiniz. Həmçinin az miqdarda, yavaş-yavaş tükədilməsi məsləhətdir. Ən təhlükəli hallardan biri də spirtli içki istifadə edən gün həm də dərman qəbul etməkdir. Çünki həmin dərmanlar insan orqanizmindən bəzən 24, bəzən də 48 saat ərzində xaric olmur. Belə olan zaman o, spirtlə reaksiyaya girərək zəhərlənməyə səbəb ola bilər. Mərkəzi beyin sisteminin funksiyalarının pozulması, qusma, ürək bulanma, nəfəs almaqda çətinlik yaranması kimi hallar zəhərlənmənin ilkin əlamətləridir. Bu zaman dərhal həkimə müraciət etmək, buna qədər çoxlu maye tükətmək lazımdır. Müdaxilə gec olursa, orqanizm qusmadan həddindən artıq su itirir, qan təzyiqi aşağı düşür, xüsusilə aşağı və yuxarı ətraflarda keyləşmə baş verir. Bu, həm qan dövranının, həm də temperatur rejiminin pozulmasına gətirib çıxarır. Nəticədə ölüm halları qeydə alınır”.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri