Icma.az
close
up
RU
Vətəndaşların NƏZƏRİNƏ: Çoxmərtəbəli binalarda yanğınlar bu səbəbdən ARTIR

Vətəndaşların NƏZƏRİNƏ: Çoxmərtəbəli binalarda yanğınlar bu səbəbdən ARTIR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib elementlərindən biridir. Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil, insanların düzgün davranışı, texniki sistemlərin sağlam işləməsi və ümumi nəzarət birlikdə bu prosesin əsasını təşkil edir. Mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri və havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.
O, bildirib ki, yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalı, hər binada insanların sağlam şəkildə təxliyyəsi üçün təxliyyə planları mövcud olmalıdır:
"Yanğın hadisələrinin baş verməməsi üçün öncədən preventiv tədbirlər görülməli, risklər minimuma endirilməlidir. Yanğın baş verdikdən sonra insanların həyat və sağlamlığını qorumaq üçün kompleks tədbirlərə əməl olunmalıdır. İlk növbədə panikadan uzaq durmaq vacibdir. Tüstü yuxarı qatlarda toplandığı üçün tüstü zonalarında yerə yaxın hərəkət etmək lazımdır. Bu, zəhərlənmə riskini minimuma endirir. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq əsas məsələdir".
Ekspert bildirib ki, əgər çıxış yolu bağlıdırsa və təxliyyə mümkün deyilsə, sakinlər qapı aralıqlarını nəm parça ilə bağlayaraq tüstünün qarşısını almalı və balkona çıxaraq müvafiq dövlət qurumlarından kömək gözləməlidirlər:
"Çünki tüstü yanğında ölümün başlıca səbəblərindən biridir. Yaşayış binalarının birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yarada bilər, çünki bu məkanlarda istilik mənbələri çoxdur. Hazırda qaydalara əsasən, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qaz verilməsi qadağandır. Qazla işləyən cihazların istifadə olunması da təhlükəli hesab edildiyi üçün yolverilməzdir. Yalnız elektrik qızdırıcılarından istifadə icazəlidir".
Onun sözlərinə görə, belə obyektlərin üst mərtəbələrində insanlar yaşadığı üçün təhlükə təkcə biznesə yox, həm də sakinlərin həyat və sağlamlığına təsir edir:
"Ona görə də yaşayış binalarının qeyri-yaşayış sahələrində fəaliyyət göstərən obyektlər bütün normativ tələblərə tam şəkildə riayət etməlidir. Yanğın riski yaradan bütün amillər aradan qaldırılmalı, siqnalizasiya sistemləri və ilkin yanğınsöndürmə vasitələri təmin edilməlidir. Restoranlarla yaşayış sahələri arasında izolasiya sistemləri qurulmalı, tüstü və qoxunun mənzilə keçməsinin qarşısı alınmalıdır".
Ekspert qeyd edib ki, əsas məqam odur ki, təhlükəsizlik yalnız texniki məsələlərlə məhdudlaşmır: 
"Burada obyekt sahibinin məsuliyyəti, sakinlərin diqqəti və ümumi maarifləndirmə böyük rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarından düzgün istifadə etmək kimi vərdişlər bu kimi fəsadların qarşısını almağın ən effektiv yollarıdır. Təhlükəsizlik hamımızın birgə yaratdığı mədəniyyətdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri