Icma.az
close
up
RU
Vətəndaşların nəzərinə: Ehtiyatlı olun! Saniyələr içində öldürür

Vətəndaşların nəzərinə: Ehtiyatlı olun! Saniyələr içində öldürür

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakının Şıx çimərliyində qeyri-rəsmi – yəni nəzarətsiz sahəyə daxil olan iki yeniyetmə axşam saatlarında dənizdə boğularaq həlak olub. Hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Mütəxəssislər və ictimaiyyət bu cür faciələrin qarşısının alınması üçün hansı tədbirlərin görülməli olduğu barədə müzakirələr aparır. Qadağan olunmuş ərazilərdə üzmənin qarşısını kim almalıdır – polis, yoxsa FHN sahil nəzarətçiləri?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin fikrincə, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə bağlıdır:

“Dəniz istirahət üçün cəlbedici məkan olsa da, qəfil təhlükəyə çevrilə bilər. Təəssüf ki, bəzi insanlar spirtli içki qəbul etdikdən sonra suya girir, uşaqları nəzarətsiz buraxır və ya qadağan olunmuş ərazilərdə çimirlər. Halbuki yalnız rəsmi və nəzarət olunan çimərliklərdən istifadə etmək tövsiyə olunur. Bu zonalarda FHN-in xilasedici heyəti fəaliyyət göstərir və fövqəladə hal zamanı operativ müdaxilə mümkündür”.

Orxan Musayev

Ekspert bildirib ki, nəzarətsiz çimərliklərdə xilasedici xidmətin olmaması faciələrin qarşısını alınmaz edir:

“Rəsmi çimərliklərdə suyun dərinliyi əvvəlcədən ölçülür, dibdə təhlükə yarada biləcək daş və qaya parçaları təmizlənir. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə bu faktorların təsiri ilə çətin vəziyyətə düşə bilirlər”.

Orxan Musayev maarifləndirici işlərin gücləndirilməsinin vacibliyini də vurğulayıb:

“İnsanlar yalnız “dalğa var, girmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməlidirlər. Bilməlidirlər ki, axın bədənə necə təsir edir, boğulma zamanı orqanizmdə hansı proseslər baş verir. Belə biliklər həyati əhəmiyyət daşıyır. Qadağan olunmuş ərazilərdə çimən şəxslərə inzibati cəza tədbirləri tətbiq edilməlidir. Vətəndaş alkoqol qəbul edərək suya girir və ya icazəsiz zonalardan istifadə edirsə, buna həm ictimai qınaq, həm də cərimə tədbirləri ilə reaksiya verilməlidir. Çünki boğulma hadisələri çox zaman səssiz və saniyələr içində baş verir. Hər il təkrarlanan bu hadisələrin səbəbi məsuliyyətsizlik və “bizə heç nə olmaz” düşüncəsidir. Bu yanaşmadan qurtulmaq zamanıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri