Icma.az
close
up
RU
Vətəninə xəyanət edən general Güllələnən general leytenant nə ilə tanınıb?

Vətəninə xəyanət edən general Güllələnən general leytenant nə ilə tanınıb?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, bu gün Moskvada naməlum şəxs Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi(QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Əsas versiya Ukrayan xüsusi xidmət orqanlarının əməliyyatı hesab olunur.

Rusiya mediasının məlumatına görə, naməlum şəxs Alekseyevin kürəyindən bir neçə dəfə atəş açıb və sonra qaçıb.

Bildirilir ki, sui-qəsd general mənzilindən çıxarkən Volqoqrad şossesindəki yaşayış binasının pilləkənlərində baş verib. Sakinlər silah səsləri və kömək çağırışları eşidiblər. Hadisə yerinə çatanda Alekseyevin qan içində olduğunu görüblər.

Bəs general Alekseyev nə ilə tanınıb və nədən hədəf seçilib? 

“AzPolitika” xəbər verir ki, generalla bağlı Ukrayna mediasında dərc edilən məlumata görə, Alekseyev Ukraynanın Vinnitsa vilayətinin Qolodki kəndində anadan olub və boya başa çatıb. Lakin buna baxmayaraq, Ukraynaya qarşı müharibənin ən aktiv iştirakçısı və tərəfdarlarından sayılıb.

2011-ci ildən bəri Alekseyev Rusiya QRU rəisinin birinci müavini vəzifəsində çalışıb. O, Rusiya hərbi kəşfiyyatında əsas fiqur hesab olunur. Suriyanın bombalanmasında iştirakına görə Alekseyev “Rusiya Federasiyası Qəhrəmanı” adına layiq görülüb.

2014-cü ildə o, “Vaqner” özəl hərbi şirkətinin kuratorlarından biri olub. 2023-cü ilin yayında isə “Vaqner”in muzdluları üsyana başlayanda o, döyüşçüləri “ağıllarını başlarına yığmağa” çağırıb.

“Rus dünyası”nın və Donbasdakı separatizmin əsas fiqurlarından olan terrorçu İqor Qirkin(Strelkov) general Alekseyevin “Vaqner”in və digər Rusiya özəl hərbi şirkətlərinin yaradılmasının arxasında durduğunu bildirib. Strelkovun sözlərinə görə, Luqanskdakı "LNR"-in komandiri Mozqovoya hədə-qorxu gələn və sonra onu “Vaqner”in köməyi ilə öldürən də general Alekseyev olub.

Bundan əlavə, bu general Qərbdə də “şöhrət qazanıb”. Onun adı xüsusən də Solsberidə “Noviçok”un istifadəsi, eləcə də 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı araşdırmalarda hallanır.

Ukraynaya xəyanət edən daha bir fiqur - Oleq Tsaryov, Alekseyevə hücumdan sonra öz “telegram” hesabında generalın hərbi cani olduğunu təsdiqləyən paylaşım edib. Tsaryov yazıb ki, Alekseyev Ukraynada çoxsaylı işğalçı əməliyyatlar planlaşdırıb və hətta onlarda şəxsən iştirak edib. Vətən xaini qeyd edib ki, Ukraynaya qarşı demək olar, elə bir hərbi kəşfiyyat, diversiya və s. əməliyyat olmayıb ki, orada Alekseyevin hansısa şəkildə iştirakı olmasın.

Qeyd edək ki, bundan öncə son olaraq 22 dekabr 2025-ci ildə Moskvada daha bir Rusiya generalı məhv edilmişdi. Həmin vaxt general-mayor Fanil Sarvarov öz avtomobilində partladılmışdı.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Fevral 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri