Icma.az
close
up
RU
“Veteran pulu” artırılacaq? Yeni təşəbbüslərin şahidi olacağıq”

“Veteran pulu” artırılacaq? Yeni təşəbbüslərin şahidi olacağıq”

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb. Hökumətin sosial dəstək tədbirləri çərçivəsində həyata keçirilən bu artımlar, əhalinin müxtəlif təbəqələrinin rifah halının yaxşılaşdırılmasına yönəlib.

Eyni zamanda, 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdlərin (90 manat) də artırılması ilə bağlı ictimaiyyətdə müəyyən gözləntilər formalaşıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Modern.az-a açıqlamasında deyib ki, son illər dövlət büdcəsinin gəlirlərinin artması fonunda hökumətin əsas prioritetlərindən biri olan sosial tədbirlər daha da genişləndirilir:

“Növbəti mərhələlərdə də sosial sahədə yeni təşəbbüslərin şahidi olacağıq. Bu tədbirlər sırasında müxtəlif kateqoriyadan olan vətəndaşların, o cümlədən müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması xüsusi yer tutur”.

Millət vəkilinin sözlərinə görə, təqaüdlərin və pensiyaların davamlı şəkildə artırılması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin davamlı və ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

İqtisadçı-ekspert Xalid Kərimli isə saytımıza açıqlamasında vurğulayıb ki, müharibə veteranlarının təqaüdlərinin artırılması gözlənilmir:

“Bu tip təqaüdlər son vaxtlar artıq artırılıb və əgər yenidən artırılma nəzərdə tutulsaydı, indiyədək həyata keçirilərdi. Bir neçə ay əvvəl nazir müavini də bu məsələ ilə bağlı mətbuata açıqlama verərək, hökumətin mövqeyini izah edib”.

İqtisadçı əlavə edib ki, veteran təqaüdü  yəni müharibə iştirakçılarına verilən vəsait daha çox təşəkkür xarakterli ödənişdir.

“Müharibə veteranlarına verilən vəsait əsasən onların kommunal və nəqliyyat xərclərinin ödənilməsinə yardım məqsədi daşıyır. Aparılan hesablamalara görə, nəzərdə tutulan məbləğ hələlik həmin kateqoriyaya aid şəxslərin əsas xərclərini qarşılamaq üçün kifayət edir. Buna görə də bu təqaüdlərin artırılması planlaşdırılmır”.

Ekspert onu da diqqətə çatdırıb ki, hökumətin ümumi sosial siyasəti isə əsasən əmək qabiliyyətini itirmiş və ya sosial cəhətdən daha həssas təbəqələrə yönəlib.

“Yəni məqsəd sosial ehtiyacı olan şəxslərə - xüsusilə də əlilliyi və ya digər səbəblərlə əmək fəaliyyətindən kənarda qalanlara dəstəyi artırmaqdır. Təbii ki, müharibə veteranları arasında əlilliyi olan şəxslər də var və dövlət bu kateqoriyaya da xüsusi qayğı ilə yanaşır. Ancaq mənim fikrimcə, yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüd məbləğlərinin artırılması nəzərdə tutulmur”.

Xatırladaq ki, ötən ay sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır: “Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyul 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri