Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

“Veteran pulu ləğv edilsin, kommunal xidmətlər pulsuz olsun”

“Veteran pulu ləğv edilsin, kommunal xidmətlər pulsuz olsun”

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Vaxtilə Azərbaycanda sosial həssas qruplar üçün genişmiqyaslı güzəştlər tətbiq olunurdu. Məsələn, kommunal xidmətlər, nəqliyyat və digər sahələr üzrə imtiyazlar dövlət tərəfindən qarşılanırdı. Bu gün isə yenidən “veteran pulu ləğv olunsun, əvəzində kommunal xidmətlər pulsuz edilsin” kimi təkliflər ictimai müzakirəyə çıxarılır. Mövcud iqtisadi reallıqlar fonunda belə bir modelin tətbiqi nə dərəcədə mümkündür? Bu addım dövlət büdcəsinə necə təsir göstərə bilər? Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı əvvəlki güzəşt mexanizmlərini yenidən daşımaq gücündədirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, oxşar model Azərbaycanda 2000-ci illərin əvvəllərinə qədər mövcud olub.

Onun sözlərinə görə, həmin dövrdə şəhid ailələrinə, məcburi köçkünlərə və veteranlara geniş sosial güzəştlər tətbiq edilirdi:

“Kommunal xidmətlərdən istifadə pulsuz, nəqliyyatdan istifadə isə ödənişsiz idi. Lakin bu model büdcə üçün ciddi risklər yaradırdı və dövlət maliyyəsinə ağır yük salırdı”.

İqtisadçı qeyd edib ki, hazırda da Azərbaycanın dövlət gəlirlərinin əsas hissəsi neftdən formalaşır və hər il Dövlət Neft Fondundan büdcəyə böyük məbləğdə transferlər edilir:

“Bu, o deməkdir ki, yenidən həmin genişmiqyaslı güzəştlərin tətbiqi büdcəyə əlavə ciddi yük yaradacaq. Dövlətin belə bir addım atacağı real görünmür”.

Asif İbrahimov ümumilikdə ölkədə iqtisadi modelin problemlərindən də danışıb. Onun fikrincə, mövcud modelin “üç sindromu” var.
Birinci sindrom real gəlirlərlə inflyasiya arasındakı fərqdir: “Vətəndaş qazancına baxır, sonra bazardakı qiymətlərə nəzər salır və bu rəqəmlər üst-üstə düşmür”.

İkinci sindrom gənclərin iqtisadiyyatdan uzaqlaşması və ya ölkəni tərk etməsidir:

“İqtisadiyyatda qalanların da yenilik etməməsi ən təhlükəli məqamdır”.

Üçüncü sindrom isə likvidliyin olmasına baxmayaraq, investisiya və inamın zəifliyidir:

“Ölkədə pul var, amma investisiya və etimad yoxdur. Hazırda Azərbaycan modelində bu üç problem müşahidə olunur”.

İqtisadçı hesab edir ki, iqtisadi model yenilənməlidir. Əks halda, istehsal olunan məhsulların maya dəyəri yüksək olaraq qalacaq və bu, bütün sahələrə təsir göstərəcək.

Onun fikrincə, sosial həssas qruplar üçün genişmiqyaslı pulsuz xidmətlər əvəzinə müəyyən limit mexanizmlərinin tətbiqi daha məqsədəuyğun ola bilər. Lakin hazırkı şəraitdə belə bir modelin tətbiqi də çətin görünür.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri