Icma.az
close
up
RU
® “Veysəloğlu Şirkətlər Qrupu” Naxçıvanda silsilə market açılışlarını davam etdirir AZƏRTAC

® “Veysəloğlu Şirkətlər Qrupu” Naxçıvanda silsilə market açılışlarını davam etdirir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan “Veysəloğlu Şirkətlər Qrupu” Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən “Veysəloğlu Şirkətlər Qrupu” (VŞQ) artıq Naxçıvan ərazisində “Araz” supermarketlər şəbəkəsinin 3, “OBA” marketlər şəbəkəsinin 8 filialını açıb.

VŞQ mağaza açılışları ilə artıq muxtar respublikada 150 nəfərin işlə təmin olunmasına öz töhfəsini verib. Şirkətlər qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.

Şirkətlər qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Naxçıvan şəhərində yeni mağazası Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşir. Beləliklə də, “Siz harada, Araz orada” şüarı ilə fəaliyyət göstərən “Araz”ın muxtar respublika ərazisindəki mağazalarının sayı 3-ə çatdı.

“Araz” supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan “Araz” mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, şirkətlər qrupu Naxçıvanda “Araz” və “OBA”nın ümumilikdə 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb. Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksəkkeyfiyyətli xidmət şəraiti yaradılıb: “Veysəloğlu Şirkətlər Qrupu” Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz muxtar respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik”. Yeni “Araz” supertorun açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.

Şirkətlər qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda fəaliyyətə başlayan yeni mağazasının açılışında şirkətin təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Bununla da, “OBA”nın 1500-cü mağazası Naxçıvanda fəaliyyətə başladı. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında “Yaxın və qənaətli qonşunuz” şüarı ilə fəaliyyətə başlayan “OBA” keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri