Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir FOTOLAR

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir.

Mia.az-ın məlumatına görə, yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu artıq Naxçıvan ərazisində 3 “Araz” və 8 “OBA” marketini açıb. Bununla “OBA” marketlər şəbəkəsi həm də özünün sayca 1500-cü marketini Naxçıvanda açmış oldu.

Veysəloğlu Şirkətlər Qrupu mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 yeni iş yerinin yaradılmasını təmin edib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.

Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Naxçıvan şəhərinin Nəsrəddin Tusi 11 küçəsində, 1500 kvadrat metr sahəsi olan yeni mağazasının açılışını edib. Bununla da “Siz harada, Araz orada” şüarı ilə fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsinin Muxtar Respublika ərazisindəki mağazalarının sayı 3-ə çatdı.

“Araz” supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan “Araz” mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, Şirkətlər Qrupu Naxçıvanda “Araz” və “OBA” marketlər şəbəkələrinin 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb. Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksək keyfiyyətli xidmət şəraiti yaradılıb:

“Veysəloğlu Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz Muxtar Respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik”. Naxçıvan şəhəri Nəsrəddin Tusi 11 küçəsində istifadəyə verilən superstore formatlı yeni “Araz” mağazasının açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.

Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda 1500-cü marketinin möhtəşəm açılışını edib. Marketin açılışında Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında “yaxın və qənaətli qonşunuz” şüarı ilə fəaliyyətə başlayan “OBA”, keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see224

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see142

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see123

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see116

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see116

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see112

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

17 yaşlı yeniyetmənin kanalda batmasının TƏFƏRRÜATI

18 İyul 2025 12:46see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri