Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi

Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub. Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit, həmçinin kiçik və orta bizneslərə təlim-seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və texniki dəstəyin göstərilməsi üçün 60 min ABŞ dolları məbləğində qrant dəstəyi cəlb edilib.
Newscenter.az xəbər verir ki, bu, 2024-cü il ərzində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ölkəmizə cəlb edilən ikinci iri həcmli xarici investisiyadır. Maliyyə dəstəyi, FMO ilə Araz Supermarketlər Şəbəkəsi arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə reallaşdırılan bu layihə FMO-nun ölkəmizdə dəstək verdiyi ilk aqrobiznes layihəsi olmaqla, Azərbaycanın pərakəndə satış və aqrobiznes sektorlarının inkişafına mühüm töhfə verəcək.
Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir.
Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq. Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq. Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq.
Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.

Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri