Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü

Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu azad edilmiş ərazilərdə təhsil, iqtisadiyyat və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə oldu.
Newscenter.az xəbər verir ki, forum, Qarabağda dayanıqlı sosial-iqtisadi dirçəliş üçün strateji ideyaların, praktik həllərin və konkret təşəbbüslərin müzakirə olunduğu yüksək səviyyəli platforma kimi çıxış etdi.
Tədbirin məqsədi – dövlət və özəl sektor arasında əməkdaşlıq mühitinin möhkəmləndirilməsi, Qarabağ regionunda təhsilin və sahibkarlığın sinerji yaratmasıdır. Forum çərçivəsində keçirilən birinci paneldə təhsilin Qarabağa qayıdışı, əhalinin məskunlaşdırılması, infrastrukturun bərpası və regionun sosial-mədəni inkişafına dair sistemli baxışlar səsləndirildi.
Veysəloğlu Şirkətlər Qrupu adından tədbirin ikinci panelində çıxış edən təsisçi və baş icraçı direktor Aydın Talıbov, Qarabağda dövlət-özəl tərəfdaşlığının imkanlarını, təhsilin iqtisadiyyata inteqrasiyasını və gənclərin gələcəkdə bu proseslərdə oynayacağı rolu korporativ baxış bucağından dəyərləndirdi:
“Qarabağın sürətli inkişafında infrastruktur layihələri ilə yanaşı, bu torpaqda yetişəcək insan kapitalı da mühüm rol oynayır. Biz bu bölgədə sahibkarlıq mühitinin formalaşmasına töhfə verməyi strateji hədəf sayırıq. Bu gün Qarabağ Universitetində təhsil alan gənclər gələcəyin sahibkarları, menecerləri və liderləridir. Biz onların yanında olmağa, təşəbbüslərini dəstəkləməyə hazırıq”.
Panel müzakirələri zamanı Aydın Talıbov öz şəxsi təcrübəsindən çıxış edərək gənc sahibkarlara Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolundan danışıb:
“Biz fəaliyyətə çox kiçik miqyasda başlamışdıq. Bu gün isə tamamilə təbii şəkildə böyüyərək, on minlərlə əməkdaşı olan yerli Şirkətlər Qrupuna çevrilmişik. Bu yol asan olmadı, amma yerli resurslara, dəyərlərə və əməksevərliyə əsaslandığı üçün davamlı oldu. Qarabağda fəaliyyətə başlamaq istəyən sahibkarlara da eyni inamı tövsiyə edirəm”.
Qeyd edək ki, Forum çərçivəsində dövlət və özəl sektorun əsas təmsilçiləri – nazirliklər, fondlar, ali təhsil müəssisələri və qabaqcıl şirkətlər bir araya gələrək, Qarabağın iqtisadi və sosial dirçəlişinin vacib komponentləri olan təhsil, sahibkarlıq və innovasiya mövzularını geniş şəkildə müzakirə etdilər.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyun 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri