Icma.az
close
up
RU
Vəzifə başında həbs olunan icra başçıları Siyahı

Vəzifə başında həbs olunan icra başçıları Siyahı

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi və rayonun icra başçısı İslam Rzayevin saxlanıldığı barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu, Azərbaycanda vəzifə başında olan icra başçılarının saxlanılması barədə ilk məlumat deyil.
Qeyd edək ki, son 5-6 ildə Azərbaycanda 9 icra başçısı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq saxlanılıb və daha sonra məhkəmə qərarları ilə həbs olunublar.
Vəzifə başında olan zaman saxlanılan icra başçılarını təqdim edirik:

Nizaməddin Məhəmməd oğlu Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. 2009–2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 5 aprel 2019-cu il tarixli Sərəncamla Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 sentyabr 2014-cü ildə ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Yeni Azərbaycan Partiyasının üzvü olub.
2019-cu il dekabrın 19-da Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılıb.
Nizaməddin Quliyev 2021-ci ildə həbsxanada olarkən sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib. Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində dəfn edilib.

Qoca Çərkəz oğlu Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnib.
18 fevral 2011-ci ildə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olub.
2019-cu il dekabrın 19-da Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakininin adına açılmış əməkhaqqı kartlarından 236 000 manat dövlət vəsaitini mənimsəməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini "otkat" şəklində geri almaqda günahlandırılıb.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. 2023-cü ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.

Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2011–2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 16 aprel 2014-cü ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.

Namiq Rəsul oğlu Zeynalov 6 fevral 2018-ci ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bu vəzifəyə kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub.
Namiq Zeynalov 2020-ci ildə həbs olunub. Cəzası 12 ildən 11 il 9 aya endirilib və hazırda məhbəsdədir.

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1981-ci ildən 2005-ci ilədək təsərrüfat hesablı “Sahil” restoranında müxtəlif vəzifələrdə çalışaraq direktor müavini vəzifəsinə qədər yüksəlib. 1996-cı ildə Naxçıvan Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsinə daxil olub. 2000-ci ildə həmin institutu bitirib, “İnzibati idarəetmə ixtisası”na yiyələnib.
2006–2011-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 26 aprel 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyatı nəticəsində saxlanılaraq Bakıya gətirilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2020-ci ildə həbs olunub. 11 illik cəzası 8 il 3 aya qədər azaldılıb və hazırda həbsdədir.

Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
5 may 2020-ci ildə məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. 6 may 2020-ci ildə istintaq orqanı tərəfindən V. Hacıyevə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib. 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra həbs cəzası 8 il 6 aya endirilib.

İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. 2005-ci ildən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub. 2011-ci ildən 20 fevral 2020-ci ilədək Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti İsmayıl Vəliyevin həbsinə dair əməliyyat keçirib. 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra həbs cəzası 6 il 2 aya endirilib.

Alimpaşa Adil oğlu Məmmədov vergi orqanlarında bir sıra vəzifələrdə çalışıb. 2011–2014-cü illərdə Bakı şəhər Vergilər Departamentinin rəisi kimi fəaliyyət göstərib. O, 2014–2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 29 aprel 2021-ci ildə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra həbs cəzası 10 ilə endirilib.

Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. Rostov vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. Musa Şəkiliyev 12 aprel 2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 20 iyun 2025-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı çərçivəsində saxlanılıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:583
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri