Icma.az
close
up
RU
Vəzifəyə gələnlər və gedənlər… SİYAHI KONKRET

Vəzifəyə gələnlər və gedənlər… SİYAHI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Hər il olduğu kimi geridə qoyduğumuz 2025-ci il də bir sıra məmur təyinatları və və işdən azad edilmələrlə yadda qalıb.

KONKRET.az Ölkə.Az-a istinadla bu il vəzifədən azad edilən və vəzifəyə təyin edilən  şəxslərin siyahısını təqdim edir:

İlk olaraq bu ili fevralın 3-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi və Dövlət Neft və Sənaye Universitetinə rektor göndərildi.

Daha sonra 6 fevralda dövlət baçısının sərəncamı ilə 19 il maliyyə naziri olmuş Samir Şərifov vəzifəsindən azad edilərək baş nazirə müayin təyin edildi.

Prezidentin digər sərəncamı ilə 7 il Əmək və əhalinin sosial müdafiəsi naziri olan Sahil Babayev maliyyə naziri təyin edildi. 7 il bu qurumda nazir müavini olan Anar Əliyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə rəhbər gətirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə isə bu ilin 12 fevralında Elnur Bağırov rəhbər təyin edildi.

Fevralda Prezident İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi növbəti şəxs isə Rüfət Nahid oğlu Mahmud olub. O, bu ilin 13 fevralında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Azər Məhəmməd oğlu Qasımov isə Dövlət başçısının sərəncamı ilə Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edildi. Bununla da o, 21 illik vəzifəsini itirdi.

Sözsüz ki, bu il vəzifəsini itirən və ən çox müzakirə olunan şəxslərdən biri İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov oldu.

İmişli rayonunda 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldı və mənimsəmə ittihamı ilə həbs edildi.

Saleh Səmədov ətrafındakı qalmaqal bununla da yekunlaşmadı. Onun oğulları Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən, Kamran Səmədov isə İmişli RİH başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edildi.

Bu il iyununda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilən Ramil Həsənin deputatlıq səlahiyyətlərinə isə bu ilin oktyabrında xitam verilib.

Prezidentin 24 oktyabrda imzaladığı sərəncamlarla Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib və ona “general-mayor” ali hərbi rütbəsi verilib.

İlin ən qalmaqallı hadisələri şübhəsiz ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında cərəyan edib. 2019-c ildə administrasiyadan, 2022-ci ildə isə AMEA prezidenti postundan uzaqlaşdırılan Ramiz Mehdiyev bu il də Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib.

Dövlətə xəyanətdə ittiham edilən Mehdiyevə ev dustaqlığı da verilib.

R. Mehdiyevlə yanaşı, onun oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən, Kamilə Əliyevanın Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, gəlini Nigar Mehdiyeva isə Tibb Universitetinin Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad ediliblər.

Bu ilin 30 oktyabrında isə dövlət başçısının müvafiq sərəncamları ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev və Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər. İslam Rzayevin yerinə bu vəzifəyə Natiq Ağayev gətirilib.

İslam Rzayev vəzifədə olduğu müddətdə müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb və həbs edilib.

12 noyabrda Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinə rəhbər göndərilib. Kürdəmirə isə Elşən Həsənli icra başçısı təyin edilib.

Həmin gün eyni zamanda Fuad Vahid oğlu Nəcəfli isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib, Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

Həmçinin 12 noyabrda Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı gətirilib.

Vəzifəsindən azad edilməsələr də, dövlət başçısı tərəfindən töhmət alan 2 vəzifəli şəxs də bu il yaddaşlarda qaldı.

Belə ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə işlərində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri