“Vəzifəyə ona buna yaltaqlanmaqla sahib olublar” ŞOK AÇIQLAMA
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İndi nədənsə çoxları kinodan danışır, ən çox da kinomuzun məhv olmasından söhbət açır. İndiyədək haradaydınız? Pasim Balayevin həyatdan getməsi xatırlatdı sizə kinonu?”.
Bu açıqlama ilə yazıçı, publisist, sabiq millət vəkili, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq Baş konsulu Xeyrəddin Qoca çıxış edib.
O, tənqidi fikirlərini belə davam etdirib:
“Yeri gəlmişkən, biz də bir-iki fikir söyləyək. Kinomuzun gələcəyinin ürəkaçan olmayacağı fikrindəyik. Həm də bu maliyyə-filanla bağlı deyil. Maliyyə olsa belə, çətin olacaq. Niyə? Tanıdığımız güclü ssenaristlərin, kino aktyorlarının, rejissorların çoxu həyatda deyil. İndikilərin yazdıqları cızma-qaraları isə televiziya ekranlarında nümayiş etdirirlər. Onların hamısını toplasaq "Nəsimi"nin, "Babək"in, "Böyük dayağ"ın, burada adlarını sadalamadığımız çoxlu filmlərin bir süjetinə dəyməz!
Bir də dəxli olmayan adamların məqalələrində Kinomotoqrafçılar İttifaqının sədrinin kim olacağı mübahisə mövzusuna çevrilib! Biri yazır "filankəs qocalıb, ondan olmaz", biri deyir, "filankəs olacaq", bir başqası yazır "filankəsln yeri deyil" və s.
Bunlardan bir soruşan yoxdur ki, a kişilər, sizi nə maraqlandlrır, işiniz-gücünüz qurtarıb?
Bir sözlə, kino haqqında, onun gələcəyi haqqında kino xadimləri, mədəniyyət adamları danışsalar, yazsalar yaxşıdır...
Mən FB-də də görürəm, heç bir haqqı olmayan adamlar xalqa yol göstərirlər, "ağıl" verirlər! Nə var, nə var, balaca bir vəzifəsi var! Danışıqlarından simasızlıq, yaltaqlıq tökülür! Vəzifəyə də ona-buna yaltaqlanmaqla sahib olublar! Yaxşı ki, insanlar belələrini tanıyırlar! Axı, biz çox da böyük olmayan bir ölkədə yaşayırıq... Buna baxmayaraq, bəziləri müharibə aparan ölkələrə də "yol" göstərirlər, hərbə-zorba gəlirlər!
Hərə öz işi ilə məşğul olsa, nə olar?”/Yeni Sabah
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 05 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















