Icma.az
close
up
RU
“Vəziyyət ağırdır” “Rusiya bu istiqamətdə 100 min hərbçi toplayıb”

“Vəziyyət ağırdır” “Rusiya bu istiqamətdə 100 min hərbçi toplayıb”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman Pokrovsk istiqamətindəki vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Rusiya bu bölgəyə 100 mindən çox hərbçi cəmləyərək Ukrayna mövqelərinə ciddi təzyiq göstərməkdədir.

Ekspertin sözlərinə görə, hazırda cəbhədə baş verən döyüşlərin üçdə biri və ya yarısı məhz Pokrovsk istiqamətində baş verir:“Rusiya hərbçilərinin çoxluğu onlara bu istiqamətdə mütəmadi taktiki rotasiyalar aparmağa imkan verir. Bu zaman hərbi bölmələr cəbhə xəttindən daimi dislokasiya məntəqələrinə deyil, bir neçə kilometr aralıya çəkilir, orada dincəlir və yenidən döyüşə qayıdırlar. Bu proses təxminən 7-10 gündən bir təkrarlanır və bu da Rusiyaya daim ‘təzə’ qüvvələrdən istifadə imkanı verir".

Ekspert bildirib ki, Ukrayna ordusu da rotasiya həyata keçirir, lakin bu proses Rusiya ilə müqayisədə daha ləng aparılır. Bu isə Rusiya tərəfinə müəyyən taktiki üstünlük qazandırır.

Aleksey Getman Rusiya ordusunun son 1,5 ildə Pokrovsku heç olmasa “taktiki mühasirəyə” almağa çalışdığını qeyd edib. Onun sözlərinə görə, taktiki mühasirə şəhərin tam əhatəyə alınması anlamına gəlməsə də, logistik dəstəyin çatdırılmasını son dərəcə çətinləşdirir.

“Hazırda belə bir mühasirə vəziyyəti mövcud deyil. Rusların tezliklə Pokrovsku alacaqları ilə bağlı bəyanatları reallığı əks etdirmir. Bəli, vəziyyət çətindir, döyüşlər çox intensiv gedir. Amma hələ ki, bu onların bacardığı bir şey deyil və ola da bilməz", – deyə Getman əlavə edib.

Ekspert bildirib ki, Rusiya qüvvələri hazırda şəhərin şimalında irəliləyişə nail olublar və şimal-cənub istiqamətində “kəlbətin” taktikasına bənzər bir vəziyyət yaradıblar:“Hazırda bu iki qrup arasında təxminən 20 kilometrlik məsafə var. Bu, pilotsuz uçuş aparatlarının effektiv fəaliyyət göstərə biləcəyi bir məsafədir. Bu isə o deməkdir ki, Rusiya taktiki mühasirə yaratmaq üçün real cəhdlər edə bilər".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri