Vəziyyət daha da pis olacaq Tramp
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İrana dəfələrlə razılaşma əldə etmək şansı verdim. Onlara ən sərt ifadələrlə dedim ki, “sadəcə edin”, amma nə qədər yaxınlaşsalar da, bunu reallaşdıra bilmədilər."
Bakupost.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp "Social"da yazıb:
"Onlara dedim ki, bu, onların bildiklərindən, gözlədiklərindən və ya onlara deyilənlərdən qat-qat pis olacaq. Dedim ki, Birləşmiş Ştatlar dünyanın ən yaxşı və ən ölümcül hərbi texnikasını istehsal edir və İsraildə bunun çoxu var.
Bəzi iranlı mühafizəkarlar cəsarətlə danışdılar, amma baş verəcək şeyin nə olduğunu bilmirdilər. İndi onların hamısı ölüb və vəziyyət yalnız daha da pis olacaq! Artıq böyük miqyasda ölüm və dağıntı baş verib, lakin bu qırğını dayandırmaq üçün hələ də vaxt var. Növbəti planlaşdırılmış hücumlar bundan da dağıdıcı olacaq. İran razılaşma etməlidir, yoxsa ortada heç nə qalmayacaq və bir zamanlar “İran İmperiyası” kimi tanınan ölkəni xilas etmək mümkün olmayacaq. Daha çox ölüm və dağıntı olmasın, çox gec olmadan razılaşın. Tanrı hamınızı qorusun!"
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















