Vəziyyət o qədər pisləşib ki, onlar İranı maliyyələşdirir
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-la müharibə və Amerikanın tətbiq etdiyi dəniz blokadası nəticəsində İranda iqtisadi vəziyyət o qədər pisləşib ki, artıq Yaxın Şərqdə Tehrana yaxın olan terrorçu qruplaşmalar və siyasi hərəkatlar İranı maliyyələşdirir.
Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuperə istinadən yazıb.
Onun sözlərinə görə, ABŞ-ın sanksiyaları və İranın neft gəlirlərini məhdudlaşdıran dəniz blokadası ölkənin maliyyə çətinliklərini daha da dərinləşdirir. Kuperin iddiasına görə, blokada İranın neft satışından əldə edə biləcəyi gəlirlərin 25 milyard dollar azalmasına səbəb olub. Bundan əlavə, son həftələrdə CENTCOM ABŞ Maliyyə Nazirliyi ilə birlikdə 350 milyon dollar dəyərində İranın kriptoaktivlərini dondurub.
“Bu problemlər fonunda uzun illər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən maliyyələşdirilən qruplaşmalar, o cümlədən Livanın “Hizbullah” təşkilatı, Fələstinin HƏMAS hərəkatı və İraqdakı şiə silahlı birləşmələri vəsaitlərinin bir hissəsini İrana geri göndərməyə məcbur olurlar”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 18 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















