Icma.az
close
up
RU
Vəziyyəti bu həddə futbolçular gətirib, onlar da durumdan çıxartmalıdırlar Adil Şükürov

Vəziyyəti bu həddə futbolçular gətirib, onlar da durumdan çıxartmalıdırlar Adil Şükürov

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Millətlər Liqasının əvvəlki 4 oyununda məğlub olan Azərbaycan millisi növbəti matçını noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Bu rəqibinə Estoniyadakı qarşılaşmada uduzan (1:3) seçmənin Qəbələdəki oyunda nə ilə yadda qalacağı maraq doğurur. Tanınmış futbol mütəxəssisi Adil Şükürovla əlaqə saxlayıb seçmənin qarşıdakı görüşündən nə gözlədiyini soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Estoniya ilə oyun millimiz üçün çox önəmlidir. Bu oyun demək olar ki, böyük ölçüdə gələcəkdə nəyə ümid edə biləcəyimizi və futbolumuzun hansı səviyyəyə gəlib çıxdığını göstərəcək. Bundan başqa, yerli çempionatın hansı səviyyədə olduğunu aydın şəkildə görəcəyik. Bunu milliyə çağrılan futbolçuların hər biri yaxşı dərk edə bilsələr, oyuna motivasiya olacaqlar. Komandanın hər bir üzvü durumu dərk etməlidir ki, bu  gün Premyer Liqada oynayan 50-60 futbolçunun içindən seçiliblər. Onlar komandanın D Liqasına düşməsinin qarşısını ala biləcək futbolçulardır. Bütün futbol ictimaiyyətinin bu oyundan gözləntiləri böyük hesablı qələbədir. Əks halda, D Liqası bizi gözləyir. Komandanın aşağı liqaya düşməsindən danışırıqsa, burada artıq  heç bir meydan, heyət amilinin önəmi yoxdur. Bütün futbolçular maksimum bacarıqlarını meydanda göstərməklə qalib gəlməlidir. Vəziyyəti bu duruma bu futbolçular gətirib, onlar da bu vəziyyətdən çıxartmalıdırlar. 

Əvvəlki oyunlara baxanda görürük ki, komanda ələ düşən imkanları dəyərləndirə bilmir və qapımız qarşısında rəqibin azsaylı imkanlarının da qarşısını almaqda çətinlik çəkir. Komanda bu oyunda hücumda daha aqressiv olmalıdır və ələ düşən  imkanlardan maksimum yararlanmalıdır. Müdafiədə isə maksimum az səhv etməliyik. Fernandu Santoşun heyətlə bağlı yəqin ki, planları var və o da anlayır ki, bu qarşılaşma finala bərabər oyun olacaq".

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Noyabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri