VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Moderator.az-ın məlumatına görə, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komandamız Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Noyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















