Icma.az
close
up
RU
VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar

VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçılarının Şuşaya ekskursiyası baş tutub, onlar milli musiqilərlə qarşılanıb.

Komitədən 525.az-a verilən məlumata görə, gənclər İsa bulağını ziyarət etdikdən sonra tarixi və mənəvi əhəmiyyətə malik Cıdır düzünə toplaşıblar.

Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzünün tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında ətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş heykəllər”, Şuşa qalasının Gəncə Qapısı, Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqları dağıntılar barədə məlumatlandırılıb. Şuşa qalası haqqında verilən bilgilər xüsusilə maraq doğurub. Qala divarlarının tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah olunub.

Diaspor gənclərinə və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələrinə Qarabağla bağlı səhih məlumatların verilməsi onların “yumşaq güc” kimi formalaşmalarına, ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında iştirak etmələrinə töhfələr verilməsinə hesablanan addımlardır.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri