Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kanadada aparılan araşdırma müntəzəm videooyun oynayan insanların yaddaş, diqqət və məntiq kimi koqnitiv göstəricilər üzrə daha yüksək nəticələr göstərdiyini ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, Western University alimlərinin rəhbərlik etdiyi tədqiqatda 2 mindən çox insan iştirak edib. Onlardan təxminən 1 000 nəfər həyat tərzi sorğusunu və koqnitiv testlərin bütün mərhələlərini tamamlayıb. İştirakçıların yaşı 18-87 arasında olub.**
Nəticələrə görə, həftədə ən azı 5 saat bir növ videooyun oynayan şəxslərin koqnitiv testlərdəki nəticələri orta hesabla özlərindən 13,7 yaş kiçik və videooyun oynamayan insanların nəticələrinə bənzəyib. Daha az oynayan iştirakçılarda isə bu fərq 5,2 il təşkil edib.
Beyinə təsiri
Tədqiqatda videooyun oynamaqla daha yaxşı koqnitiv göstəricilər arasında əlaqə müəyyənləşdirilsə də, alimlər bunun videooyunların birbaşa beyni “cavanlaşdırdığını” sübut etmədiyini vurğulayırlar. Nəticələr müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini müəyyənləşdirmir.
Araşdırmada fiziki aktivliyin təsiri də ayrıca qiymətləndirilib. Həftədə 150 dəqiqə və daha çox fiziki fəaliyyət göstərən iştirakçılarda mental sağlamlıq göstəriciləri daha yaxşı olub, lakin fiziki aktivliklə koqnitiv performans arasında eyni əlaqə müşahidə edilməyib.
Tədqiqatın rəhbəri, nevroalim Adrian Owen bildirib ki, müasir videooyunların strategiya, vizual diqqət, problem həlli və sürətli informasiya emalı kimi bacarıqları intensiv şəkildə məşq etdirməsi bu nəticələrin mümkün izahlarından biri ola bilər.
Alimlər bildirirlər ki, nəticələr sağlam koqnitiv yaşlanmaya təsir edə biləcək gündəlik fəaliyyətlərin daha yaxşı anlaşılmasına kömək edə bilər.
Şəbnəm İbrahimxəlilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 Sentyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















