Viktor Fontdan Hansi Flikə mesaj: Səni heyrətləndirəcəyəm
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona” prezidentliyinə namizəd Viktor Font idman layihəsi, Deku və baş məşqçi Hansi Flik barədə danışıb.
İdman.Biz xəbər verir ki, Font kiminsə işdən çıxarılması barədə danışmadığını bildirib.
“Mən heç kimin göndəriləcəyini deməmişəm. Biz idman layihəsi hazırlayacağıq, məsələ adlarda deyil. Alman mütəxəssis yeni planı görəndə təəccüblənəcək. Əgər Flik indi sahib olduqlarından razıdırsa, bizim onun üçün hazırladıqlarımızı görəndə heyrətə gələcək”, - deyə prezidentliyinə namizəd söyləyib.
Viktor Font hazırkı klub rəhbərliyini ittiham edib və seçki prosesində şəffaflıq tələb edib:
“Laporta klubun resurslarından öz seçki kampaniyasını irəli aparmaq üçün istifadə edir. Mən müvəqqəti komissiyadan daha çox şəffaflıq və daha az qərəz tələb edirəm ki, ədalətli seçki prosesi təmin olunsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Fevral 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















