Viktor Osimhen “Qalatasaray”ın “Ayntraxt”la oyunöncəsi son məşqində iştirak etməyib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 sentyabr, AZƏRTAC
Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Viktor Osimhenin UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Ayntraxt”a qarşı keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı hücumçu komandasının matçöncəsi son hazırlıq prosesində iştirak etməyib.
Nigeriya millisinin heyətində aldığı zədədən sonra onun bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Türkiyə Superliqasında “Eyüpspor”la matçda forma geyinməyən forvardın “Ayntraxt”la qarşılaşmada oynaması sual altındadır.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək “Ayntraxt” - “Qalatasaray” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















