Icma.az
close
up
RU
Vilayət Eyvazov Bakıdakı kibertəhlükəsizlik tədbirində iştirak edir

Vilayət Eyvazov Bakıdakı kibertəhlükəsizlik tədbirində iştirak edir

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 9-da Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalı işinə başlayır.

"Unikal" xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilir. Kiberfestivalda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və digər rəsmi şəxslər iştirak edir. 

İki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi “CIDC-2025” də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirir. 

Bu tədbirin növbəti dəfə təşkil olunması - dövlət, özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi deməkdir. “CIDC-2025” həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır.

Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulmuşdur. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsiz təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılmışdır. Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edəcəklər. Eləcə də sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyalarının da keçirilməsi nəzərdə tutulub.

Sözügedən panellərdə “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər", “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə”, “Texnologiyanın qaranlıq üzü: Kritik infrastrukturlarda kiberhücum və sosial mühəndisliyə qarşı yeni nəsil SOC sistemləri”, “Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış”, “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” kimi mövzular müzakirə olunacaq.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilir, “Ağıllı şəhərlərdə kibermüharibə” adlandırılması təsadüfi deyil. Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini məhz “ağıllı şəhərlər” təşkil edəcək. Enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər hər şey rəqəmsallaşır. “Ağıllı şəhər” konsepti həyatımıza çoxsaylı üstünlüklər gətirir: nəqliyyat infrastrukturu, enerji təchizatı, rabitə sistemləri, su təminatı, ictimai xidmətlər - hamısı daha səmərəli, çevik və rahat idarə olunur. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfdir. “Ağıllı şəhərlərdə kibermüharibə”: - virtual müdafiə və hücum ssenarilərinin simulyasiya olunması, kritik informasiya infrastrukturlarının pozulması risklərinin praktiki təhlili, onların qarşısının alınması bacarıqlarının sınaqdan keçirilməsi və böhran vəziyyətində sistemlərin idarə olunmasıdır. Bu kibersavaşda iştirakçılar həm nəzəri biliklərini, həm də real ssenarilərə əsaslanan hücum və müdafiə simulyasiyalarında praktiki bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edir. Onların arasında – Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistanın komandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafat fonduna sahib olacaq.

“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri